You can return to the old version of the website

Open old version

“Elektron Hökumət” portalı Rezidentura səviyyəsi üzrə imtahanda iştirak etmək istəyənlərə xidmət təklif edir

2071
Print the text Copy text t1 t0 t2

Ali təhsilin Rezidentura pilləsinə daxil olmaq istəyənlər “Elektron Hökumət” portalına daxil olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu” elektron xidməti vasitəsilə 16–23 fevral tarixlərdə qeydiyatdan keçə bilərlər.

Bunun üçün namizədlər “Elektron Hökümət” portalında aidiyyatı xidmətə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya/nömrəsi, FİN və TQDK-nın təqdim etdiyi “Virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrədən istifadə etməklə “Namizədin elektron ərizəsi”-ni doldurmalıdır. Qeyd edək ki “Virtual ödəmə kartı” nı “Elektron Hökumət” portalı vasitəsilə də əldə etmək olar.

Namizədlər “Namizədin elektron ərizəsi”ni offline şəkildə Azərbaycan Tibb Universiteti və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədidədə yerləşən regional bölmələrində yaradılmış Sənəd Qəbulu Mərkəzlərində təsdiq etdirə bilərlər. Bununla yanaşı, RYTN-nin MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərində “elektron imza” sertifikatı əldə etmis namizədlər həmin sertifikatdan istifadə etməklə vaxt itkisinə yol vermədən online rejimdə ərizələrini təsdiq edə bilərlər.