You can return to the old version of the website

Open old version

Yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi layihəsi üzərində işlər davam etdirilir

5509
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 noyabr 2014-cü il tarixli Sərəncamdan irəli gələn vəzifələri - yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması, şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsi və şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılması və fəaliyyətininin təmin edilməsi cari il üçün Məlumat Hesablama Mərkəzinin qarşısında duran ən vacib məsələlərdəndir.

Bu istiqamətdə MHM-in Milli Sertifikat Xidməti Mərkəzinin mütəxəssisləri  tərəfindən layihə çərçivəsində görüləcək işlərin tədbirlər planı hazırlanmış, yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilkin versiyası hazırlanaraq müzakirəyə çıxarılmış, elektron imza sertifikatlarının şəxsiyyət vəsiqəsinin çipinə daxil edilməsi prosesinin icra senarisi hazırlamış və bu senarisinin reallaşdırılması məqsədilə sınaq işlərinin aparılması üçün laboratoriya mühiti yaradılmışdır. Bu laboratoriyada elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatınının sınaq işləri keçirilir. Eyni zamanda, Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamın 7.1-ci bəndi ilə əlaqədar qanunvericilik aktrlarına dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

Hal-hazırda layihə çərçivəsində mütəxəssislərin yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsini icra edən İsveçrənin TRÜB və yerli inteqrator olan İDRAK şirkətlərinın mütəxəssisləri ilə qarşılıqlı işləri birgə iş planı əsasında davam etdirilir. Belə ki, şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun MSXM-in sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların Milli Sertifikat Xidmətləri Mərkəzində qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir.Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.