You can return to the old version of the website

Open old version

XARİCİ ÖLKƏLƏRİN TƏCRÜBƏSİNDƏN... Koreya təcrübəsi

2044
Print the text Copy text t1 t0 t2

Koreya Respublikası e-hökumət layihəsini ən müasir və mütərəqqi informasiya texnologiyalarından faydalanmaqla, idarəetmənin səmərəsini artırmaq məqsədilə tətbiq etməyə başlamışdır. Koreya Respublikası 1980-ci ildə kompüter şəbəkələrinin Milli İnformasiya Sistemi də daxil olmaqla, qanunvericilikdə müvafiq yeniliklər və düzəlişlər etdi və E-Hökumətin əsasını qoydu. 2000-ci ildən etibarən Koreya Hökuməti e-hökumət layihəsini yeni əsrin ən mühüm milli strategiyası  kimi inkişaf etdirir. Hökumət 2001-2002-ci illərdə E-hökumət üzrə 10 mühüm təşəbbüs, 2003-2007-ci illərdə isə E-hökumət sxemi üzrə 31 mühüm tapşırıqları qarşçısına məqsəd qoydu və nəticə etibarı ilə Koreyanın bütün ərazilərində E-Hökumətin ciddi tətbiqinə başlanıldı.

Beləliklə, Koreyanın E-Hökumət layihəsi gözəçarpan, mühüm nəticələr əldə etdi: 
-    idarəetmənin səmərəsi və şəffaflığı əhəmiyyətli dərəcədə inkişaf etdi
-    sosial xidmətlərin sayı və keyfiyyəti daha da artdı
-    hökumətin qərar qəbuletmə prosesində vətəndaşların iştirak imkanı genişləndi.

 E-Hökumət quruculuğu üzrə göstərdiyi təşəbbüslər və həyata keçirdiyi tədbirlər sayəsində Koreya 2010-2012-ci illərdə Qlobal E-Hökumət Tədqiqatları, E-Hökumət İnkişaf və E-İştirak İndeksində BMT-yə üzv ölkələri arasında birinci yeri tutmuşdur. Buna görə, Koreyanın E-Hökumət quruculuğunun səmərəsi beynəlxalq birliklər səviyyəsində  müxtəlif EHökumət sistemləri tərəfindən tanınır və tətbiq olunur. Son illərdə Koreya istifadəçiləri daha çox sadə və ödənişsiz xidmətlərlə təmin etməyə səy  göstərir. Aşağıdakı cədvəldə Koreya Respublikasında e-hökumət quruculuğunun inkişaf mərhələləri göstərilir:

Mərhələlər Mühüm fəaliyyət istiqamətləri
Başlanğıc (1980 – 1990-cı illər)  5 Milli İnformasiya Sisteminin yaradılması. Kompüter Şəbəkəsinin Genişləndirilməsi və İstifadəsinin İnkişafı üzrə fəaliyyət.
Əsasının qoyulması (1990 – 2000-ci illər) Yüksək sürətli informasiya və kommunikasiyanın təməlinin qoyulması və internetin inkişafı, informasiyalaşdırmanın inkişafı üzrə  fəaliyyət istiqamətlərinin təsdiq edilməsi.
Tətbiq olunma (2001-2002-ci illər) E-hökumət üzrə 11 mühüm təşəbbüsün yerinə yetirilməsi, E-hökumətin fəaliyyət istiqamətlərinin təsdiq edilməsi.
Genişlənmə (2003-2007-ci illər)   E-hökumət üzrə 31 sxem layihəsini icra etmək,
Toplanma (2008-ci ildən indiyədək) Milli İnformasiyalaşdırma Master Planının əsasını qoymaq, açıqlıq, paylaşma və əməkdaşlıq prinsipləri üzrə e-Hökumət istiqamətində tapşırıqların icra edilməsi.
Smart Hökumət (2011-ci ildən indiyədək)  Gələcək E-Hökumət (Smart Hökumət) planının hazırlanması.

 

Əldə olunan nailiyyətlər, idarəetmədə şəffaflıq və effektivliyin inkişafı

- Artıq elektron xidmətlərdən və elektron sənədlərdən istifadə standart təcrübəyə çevrilmişdir. Kadrların idarəsi, maliyyə və satınalma, sənəd dövriyyəsi kimi məsələlər əsasən elektron şəkildə icra edildiyi üçün bu proses hökumətin işinin səmərəsinin artırılmasına birbaşa təsir göstərir.

- Koreyada hökumətin bütün maliyyə fəaliyyətləri real vaxtda Rəqəmsal Büdcə və Mühasibat Sistemi tərəfindən tənzimlənir.

- Koreyanın Onlayn Satınalma Sistemi 43.000 ictimai müəssisəsi və üzv kimi 220.000 təchizatçısı var və gündən günə inkişaf edərək 64 trilyon Vonluq əməliyyat həcmi ilə dünyanın ən nəhəng onlayn satınalma bazarına çevrilməkdədir.

- Bütün mərkəzi idarəetmə orqanları idarəçiliyin şəffaflığını və səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq məqsədilə, standartlaşdırılmış Biznes Əməliyyat Sistemi tətbiq edir.

- Bu sistem bütün nazirliklər daxil olmaqla 103 dövlət müəssisəsinin işçiləri tərəfindən istifadə olunur. Sistem iş prosesinə sərf olunan müddəti xeyli azaltmışdır, bu da öz növbəsində qənaət olunan vaxtın daha səmərəli işlərə sərf olunmasını təmin edir.

Vətəndaşlar hökumət tərəfindən qərarların qəbul edilmsəi prosesində aktiv iştirak edirlər

Hazırda Koreya vətəndaşları "e-People" adlanan "bir pəncərə" prinsipi üzrə hökumətin qərarvermə prosesində birbaşa iştirak edirlər. "e-People" vasitəsilə vətəndaşlar real-vaxt rejimində hökumətdə baş verən dəyişikliklər barədə məlumat ala bilir və bu proseslərə aktiv şəkildə öz münasibətlərini bildirirlər.

Koreyanın "Elektron Hökumət" sistemi beynəlxalq səviyyədə ən yaxşılar sırasındadır. 2003-cü ildən etibarən BMT tərəfindən 193 üzv dövlətlər arasında müqayisəli qiymətləndirmə aparılır və 2010-2012-ci illər üzrə araşdırmaların nəticələrinə əsasən Koreya birincilik reytinqi qazanmışdır.

İl 2005 2008 2010 2012 2014
E-Hökumət İnkişaf İndeksi 5-ci yer 6-cı yer 1-ci 1-ci 1-ci
E-İştirak İndeksi 5-ci yer 2-ci yer 1-ci 1-ci 2-ci

 

Koreyanın "Elektron Hökumət" portalı canlı, maraqlı və  rəsmi hökumət veb-saytlarından sadə interfeys ilə fərqlənir. Bu portal xüsusən də 10 dildə -  Kanton, Mandarin, İngilis, İndoneziya, Nepal, Taqaloq, Pakistan, Tay və Vyetnam dillərində fəaliyyət göstərməsi ilə digər ölkələrin e-hökumət portallarından fərqlənir. Bu portalın mobil versiyadı da mövcuddur. Portal üzərindən təqdim olunan elektron xidmətlər Kommunikasiya və Texnologiya, Mədəniyyət, İstirahət və İdman, Təhsil və Təlim, Ətraf mühit, Məşğulluq və s. kimi qruplaşdırılmışdır. Koreyanın "Elektron Hökumət" portalında çox sayda  açıq edilmiş hökumət məlumatları və onlar əsasında hazırlanmış mobil tətbiqlər də öz əksini tapır. Portalda "Şikayətlər" bölməsi ayrıca linkdə yerləşdirilmişdir və bu bölmə vasitəsilə bütün dövlət qurumları ilə vətəndaşların operativ əks-əlaqəsi tənzimlənir.

Koreya hazırda "Smart Hökumət" infrastukturunu tam şəkildə reallaşdırmağı planlaşdırır. Koreya Hökuməti bununla, aşağı doğum səviyyəsi, qısa ömürlülük və sair kimi sosial problemlərin də həll ediləcəyinə ümid edir.