You can return to the old version of the website

Open old version

Artıq Malaziya vətəndaşları mobil proqram vasitəsi ilə süni qiymət artımı barədə hökumətə operativ məlumat verə biləcəklər

1795
Print the text Copy text t1 t0 t2

Malaziya hökuməti vətəndaşlar üçün yeni mobil proqram istifadəyə verib. Artıq bu mobil proqram vasitəsi ilə vətəndaşlar ticarətçilər tərəfindən səbəbsiz qaldırılmış qiymət artımı barədə  şikayət edə biləcəklər. Bu vasitə ilə hökumət müştərilərə real qiymətdən yüksək qiymətə satış edən ticarəçilərə nəzarət edə biləcək. Həmçinin, vətəndaşlar şikayətləri ilə əlaqədar görüntünü çəkib operativ şəkildə proqram vasitəsilə müvafiq quruma göndərə bilərlər. Mobil tərtibat vasitəsilə ticarət obyektinin yerini işarələmək də mümkündür.

Mobil proqram həm də istifadəçinin fərdi məlumatlarını əks etdirir. Bununla da, şikayət edən istifadəçinin kimliyi müəyyən edilir.

Qeyd edək ki, Malaziyanın Daxili Ticarət, Kooperativlər və İstehlak Nazirliyinin İstehlakçı Şikayətlərinin İdarəetmə Mərkəzində  keçən il 14000 müştəri şikayəti qeydə alınıb.