You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalı birinci oldu

2153
Print the text Copy text t1 t0 t2

“MilliNet 2013” Milli İnternet Mükafatının qaliblərinin təqdimat mərasimi keçirilib. 12 nominasiya üzrə 319 sayt arasında 4 ay müddətində davam edən yarışmanın qaliblərinə “MilliNet”in əsas mükafatı təqdim olunub.  Dövlət və bələdiyyə saytları üzrə olan nominasiyada “www.e-gov.az” portalı birinci yerə çıxıb.

Qaliblərə və fərqlənənlərə həmçinin qiymətli hədiyyələr və  diplomlar verilib. “MilliNet”in qaydalarına uyğun olaraq münsiflərin hər bir nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasiminin  İnternet  vasitəsilə  canlı yayımı nəzərdə tutulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “Delta Telecom” şirkətinin dəstəyi ilə keçirilən Milli İnternet Mükafatının baş sponsoru “Azercell Telekom” şirkəti olub.