You can return to the old version of the website

Open old version

Kanadanın Ottova şəhərində “Üçüncü Beynəlxalq Açıq Məlumat konfransı – 2015” keçiriləcək

1717
Print the text Copy text t1 t0 t2

Konfrans 27-29 may tarixlərində Kanadanın Ottova şəhərində keçiriləcək.  Konfransın mövzusu  "Gəlin, geniş həcmli açıq hökumət məsələlərini araşdırın və açıq məlumatların gələcək perspektivləri üzrə müzakirələrə qoşulun" olacaq.

Qlobal açıq hökumət hərəkatı 2012-ci il Vaşinqtonda keçirilmiş “II Beynəlxalq Açıq Hökumət Məlumat Konfransı”ndan sonra xeyli inkişaf etmişdir. İndi hökumətin, bölmələrin, regionların və sektorların müxtəlif səviyyələri üzrə Açıq hökumət məlumatları təşəbbüsləri arasında uzlaşmanı gücləndirməyin əsl zamanıdır. Açıq hökumət məlumatlanlarından faydalanmaq istəyən sektorların ekspert səsləri də daxil olmaqla, dialoqları genişləndirməyin və tətbiq olunması vacib olan innovativ yanaşmaların təhlil edilməsinin tam vaxtıdır.   Konfransın keçirilməsində məqsəd bütün dünya vətəndaşlarının Açıq Hökumət Məlumatlarından faydalanmalarını təmin etməkdir.

Kanada Hökuməti, Kanadanın Beynəlxalq İnkişaf Axtarış Mərkəzi  və Dünya Bankı sizi “III Beynəlxalq Açıq Məlumat Konfransı”na dəvət edir. 2015-ci il mayın 27-29-da Ottovada keçiriləcək konfransda bütün dünya üzrə açıq məlumat sektorları və mütəxəssisləri, ali hökumət rəsmiləri, sənaye strukturlarının rəhbərləri və vətəndaş cəmiyyətinin liderləri birlikdə fikir mübadiləsi etmək üçün bir yerə toplaşacaq.

Qeyd edrirk ki, konfransda iştirak etmək üçün http://opendatacon.org/ linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.