"AP Speaks" adlı mobil tərtibat hökumətin inkişaf etdirmək istədiyi təhsil, enerji və turizm kimi geniş sahələri göstərir. Hər bir sahənin üzərində qısa təsvir mövcuddur. İnsanlar bu sahələr üzrə öz fikirlərini və ya başqa vətəndaşların fikrinə rəy bildirə və "bəyənə" bilər. Hökumət vətəndaşlara təqdim etdiyi xidmətləri bu vasitə ilə kafi, qeyri-kafi və ya qənaətbəxş kimi qiymətləndirmələri üçün müraciət edir.
Sözügedən mobil tərtibatı internet olmadan belə istifadə etmək mümkündür. Hindistan vətəndaşları "AP Speaks" adlı mobil tərtibatı www.internet.org saytından əldə edə bilirlər.