You can return to the old version of the website

Open old version

XARİCİ ÖLKƏLƏRİN TƏCRÜBƏSİNDƏN... SİNQAPUR

2388
Print the text Copy text t1 t0 t2

Təbii sərvətlərinin olmamasını, qonşu dövlətlərdən hər an gözlənilən aqressiyanı və daxili sosial ziddiyyətləri nəzərə alan Sinqapur siyasətçiləri “həyatda qalmağın” yeganə yolunun informasiya texnologiyalarının inkişafı və istifadəsinin xüsusi yer aldığı, həyat fəaliyyətlərinin bütün sahələrini əhatə edən və ilk növbədə hökumətin fəaliyyətini nizamlaya biləcək elmi iqtisadiyyata keçid olduğunu yaxşı anlayırdılar. Siyasətçilər heç bir təbii sərvətə və ya inkişaf etmiş sənayeyə malik olmayan bir ölkədə infrastrukturun qurulması üçün yeganə doğru həll yolu intellektual kapitalın və çalışqan sinqapurlulara məxsus iqtisadi artıma əsaslanan texnologiyaların yaradılmasını düzgün hesab edirdilər.

Plana əsasən 1980-ci ildə hər bir nazirliyin əsas funksiyalarının kompüterləşdirilməsi və elektronlaşdırılması, lokal informasiya texnologiyaları sənayesinin inkişafı və 5 il ərzində müvafiq olaraq 850 min İT mütəxəssislərinin hazırlanması nəzərdə tutulurdu. Kompüter üzrə Milli Şura məhz sözügedən planın icra olunması məqsədilə yaradılıb və bilavasitə Nazirlər Kabinetinə tabedir.

Sinqapurda Elektron hökumətin idarə olunmasında həlledici amil olaraq, 1999-cu ildə IDA (Infocommunication Development Agency) dövlət agentliyinin yaradılmasını göstərmək olar. Sözügedən agentliyə büdcə xərclərini, konsaltinq, Elektron hökumətə nəzarət və fasiləsiz müşahidə prosesini həyata keçirmək kimi geniş səlahiyyətlər verilmişdir. IDA – ölkənin strateji inkişaf planına əsasən, Elektron hökumət layihələrinin nəzərdə tutulmuş vaxt ərzində icra olunması məqsədilə aidiyyatı nazirliklərə təsir etmə səlahiyyətinə malikdir. Onu da qeyd edək ki, Elektron hökumət strategiyasının hazırlanması üçün nəzərdə tutulmuş dövlət komitəsinə ölkənin Baş naziri rəhbərlik edir. Bu da, Elektron hökumətin Sinqapur hökuməti üçün prioritet məsələ olduğunu göstərir.

İdarəetmə sahəsində prinsipial həllərdən biri «şəhərlər» (TOWN) adlanan layihələrin yaradılması oldu. Bu layihələrdə bir neçə aidiyyati nazirlik işitirak edir və onlardan biri yekun nəticələrə məsuliyyət daşıyır. İldə bir dəfə IDA, Elektron hökumətin inkişafına xərclənən vəsaitlərə nəzarəti təmin edən ölkənin maliyyə naziriliyi qarşısında büdcə xərcləri haqqında hesabat verir.

Yeni İnfokom Texnologiyaların yaranması E-hökumət quruculuğuna baxış üslubunu əsaslı şəkildə yenidən düşünməyi və kökündən dəyişilik etməyi tələb edir. Bu baxımdan, Sinqapur hökuməti yeni həll metodlarının, yeni biznes sahələrinin yaranması istiqamətində dövlət, özəl və ictimai sektor üçün rahat mühit formalaşdırır.

Yeni İnfokom Texnologiyaların yaranması, hər ötən gün daha da təkmilləşdirilməsi hüdudları genişləndirdi və yeni imkanlar açdı. Texnologiya Sinqapurluların gündəlik həyatının tərkib hissəsinə çevrilərək yaşama, işləmə, əylənmə və sosiallaşma üslubunu formalaşdırmağa davam etməkdədir.

Rəqəmsal inqilab biznes, qeyri-hökumət təşkilatları, birliklər eləcə də, fərdlər arasında yeni əməkdaşlıq modellərinin yaranmasına zəmin verdi. Hökumət vətəndaşları yüksək səviyyəli  sosial xidmətlə təmin etmək üçün günün texnoloji və demoqrafiq tələbləri, həmçinin, yeniliklərə uyğunlaşmalıdır.

Bu baxımdan E-Gov2015 Masterplanı Sinqapurun E-hökumət quruculuğu üçün yeni dövr elan edir. E-Gov2015 Masterplanı sosial xidmətlərin təmin edilməsi istiqamətində "Sənin üçün hökumət" anlayışını "Səninlə hökumət" anlayışına dəyişir. Sinqapur hökuməti ehtimal edir ki, Masterplan "hökumətlə birgə əməkdaşlıq" baxışını reallaşdıracaq. E-Gov2015 Masterplanının hədəfi Sinqapur xalqının sosial rifahını yüksəltmək üçün hökumət, xalq və özəl sektor arasında yeni münasibətlərin yaranmasına vasitəçilik etməkdir.

Hazırda, 1600 onlayn xidmət və 300 mobil xidmət vətəndaşların və biznes strukturların istifadəsinə verilmişdir. Masterplanın hədəfi ictimai xidmətlərin keyfiyyətini və sayını artırmaqla yanaşı, vətəndaşları və biznesləri yeni xidmət yaratmaq prosesinə cəlb etməkdir.

Sinqapur hökuməti ictimai məlumatlarının açıq edilməsi prosesini aşağıdakı prinsiplərə əsasən icra edir:

  1. Məlumatlar asanlıqla əldə edilə bilən olmalıdır- ictimaiyyətə açıq edilən məlumatlar data. gov.sg portalında yayımlanmalıdır.
  2. Məlumatlar yenidən işlənilə bilməlidir - yayımlanan məlumatlar müvafiq təlimatlara uyğun şəkildə  yenidən işlənilə biləcək formatda olmalıdır.
  3. Məlumatlar vaxtında yayımlanmalı - yayımlanan məlumatlar reallığını itirməmək üçün mümkün qədər tez açıq edilməlidir.
  4. Məlumatlar maşın tərəfindən oxunabilən olmalıdır (nümunə üçün, XLS, CSV və s.)
  5. Məlumatlar mümkün qədər dəyişilmədən yayımlanmalıdır- məlumatlar öz ilkin formasında açıq edilməlidir.

Sinqapurun açıq hökumət məlumatları portalı (data.gov.sg) olduqca rahat interfeysə malikdir. Məlumat Bazaları Biznes və İqtisadiyyat, Təhsil, Enerji və Ətraf Mühit, Maliyyə, Sağlamlıq, Yaşayış Binaları və Şəhərsalma, Ədliyyə, Təhlükəsizlik, Əhali və Məişət,  Elm və İnformasiya Texnologiyaları, Cəmiyyət və Birliklər, Turizm və İstirahət, Nəqliyyat və Parkinq və s. kimi  qruplaşdırılmışdır.

Bu proqram vasitəsilə Sinqapurun büdcəsi ilə əlaqəli istənilən informasiyanı əldə etmək mümkündür. Proqram vasitəsilə büdcə ilə əlaqəli elanları, pres-relizləri, sorğu-sualları əldə etmək,  e-poçta abunə olmaq mümkündür.

Platforma: IOS

Məlumat Bazası: Sinqapurun büdcəsi üzrə real vaxt məlumatı

Kateqoriya: Maliyyə

Açar sözlər: Büdcə, Elan

Bu proqram istifadəçilərə Sinqapur xəritəsində sosial xidmətlərin yerini müəyyən etməyə icazə verir. İstifadəçilər sosial xidmətlərin növünə və yerinə görə axtarış edə bilərlər.

Platforma: Veb

Kateqoriya: Cəmiyyət və Birlik

Açar söz: Cəmiyyət, Könüllü

Bu proqram yerli nəqliyyatın bütün növlərində geniş məlumat xidməti təklif edir.

Platforma: İOS, Android

Kateqoriya: Nəqliyyat

Açar söz: Nəqliyyat, Taksi, Dayanacaq

Bu pulsuz proqramı  Sinqapurda hər yerdə olan idman və fəaliyyət məkanlarını kəşf etməyə icazə verir.

Zəngin xüsusiyyətləri ilə seçilə proqram  axtarış, rezervasiya, qeydiyyat və sürətli ödəniş etmək kimi funksiyalara malikdir.

Platforma: İOS, Android

Kateqoriya: Turizm & İstirahət

Açar söz: İdman, Bron 

 

Qeyd edirik ki, E-hökumət İnkişaf İndeksinə görə Sinqapur BMT-nin 2014-cü il   E-hökumət Sorğusunda top onluğun üçüncü, e-İştirakçılıq İndeksinə görə isə 10-cu yeri tutmuşdur.