You can return to the old version of the website

Open old version

Təhsil Nazirliyi tərəfindən iki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

7541
Print the text Copy text t1 t0 t2

Məlum olduğu kimi,  elektron arayışlar ən çox sosial tələbat olan elektron xidmətlərdəndir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşlara təqdim etdiyi "İş yerinə dair arayış" e-xidmətindən sonra növbəti belə xidmətin portala inteqrasiyası Təhsil Nazirliyi tərəfindən reallaşdırıldı. Artıq "Elektron Hökumət" portalı üzərindən “Ümumtəhsil  məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” və “Ümumtəhsil  məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” e-xidmətlərindən faydalanmaq mümkündür.

“Ümumtəhsil  məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” elektron xidməti vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedoqoji və texniki işçilər portalda qeydiyyatdan keçib xidmətə daxil olmaqla avtomatik olaraq ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, işlədiyi ümumtəhsil məktəbinin adı, nömrəsi və vəzifəsi barədə məlumatları özündə əks etdirən arayışı formalaşdıra və aidiyyatı üzrə təqdim edə biləcəklər. Arayışın  təsdiqlənməsi üçün QR-koddan istifadə edilir.

“Ümumtəhsil  məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” e-xidməti vasitəsilə şagirdlər istifadəçi adı, soyad, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adını sistemə daxil etməklə təhsil aldığı yer haqqında        e-arayış əldə edə biləcəklər. Sözügedən e-arayış şagirdin adı, soyadı, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adı, sinif nömrəsi, təlim dili, öyrəndiyi xarici dil, məktəbə daxil olma tarixi və şəhadətnaməsi üzrə məlumatları əhatə edir.

Bununla da “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayışların sayı 4-ə çatmışdır.