Bu gün Bakı Dövlət Universitetində Startup Azərbaycan toplantısı keçirildi. Tədbirdə Startup Azərbaycan komandasının üzvləri, RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun və "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) nümayəndələri iştirak etdilər. Startup Azərbaycan BDU toplantısı startuplar və internet biznes sahəsi ilə maraqlanan tələbələr üçün təşkil olunmuşdur.
Toplantıda Startup Azərbaycan , "Elektron hökumət" portalı çərçivəsində keçirilən müsabiqələr, İT-nin İnkişafı Dövlət Fondunun qrant layihələri haqqında gənclərə ətraflı məlumat verildi. Həmçinin, MHM tərəfindən elan olunmuş "Bax, istifadə et, yarat" mobil əlavələrin hazırlanması müsabiqəsi barədə danışıldı.
MHM-in nümayəndələri tələbələrə “Elektron hökumət”, elektron xidmətlər, e-imza barədə ümumi məlumat verdilər.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.