You can return to the old version of the website

Open old version

Qazaxıstanın “Elektron Hökumət” portalının ən populyar e-xidmətləri

3132
Print the text Copy text t1 t0 t2

"Mənə lazım olanları özümlə daşıyıram"- Bu qədim atalar sözü müasir dövrümüzdə sanki rəqəmsal idarəçilik vasitələrinin ifadəsi üçün deyilmişdir.

Elektron hökumət - informasiyanın elektron emalı, ötürülməsi və paylaşılması üçün əvəzedilməz vasitədir. Elektron hökumət ənənəvi idarəçilik metodlarının davamı və ya analoqu deyil, dövlət xidmətlərinin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə qarşlıqlı münasibətlərin təşkilinin yeni metodudur.

Dünyada informasiya texnologiyalarının geniş tətbiq olunduğu bir zamanda Qazaxıstanda da elektron hökumətin  və elektron xidmətlərin yaradılması və  elektron sənəd mübadiləsinin tətbiqi ölkə üçün çox aktual və praktik mahiyyət daşıyırdı.  

Ölkədə ilk öncə elektron hökumətin və elektron sənəd mübadiləsinin dövlət orqanlarında tətbiqinin araşdırılmasına başlandı. Bununla əlaqədar, hökumət tərəfindən aşağıdakı tapşırıqlar verildi:

* Elektron hökumətin təşəkkülü, inkişaf mərhələləri və müasir vəziyyəti öyrəniməli;

* Dövlət orqanlarının veb saytları üzrə araşdırmalar aparılmalı,  üstün cəhətləri və çatışmazlıqları öyrəniməli.

Beləliklə, 2004-cü ildə "2005-2007-ci illər ərzində "Elektron Hökumət"in yaradılması üçün dövlət proqramı" qəbul edildi. Bu "Elektron Hökumət"in və e-xidmətlərin təşəkkülündə ilk addım oldu.

Qazaxıstan "Elektron hökumət"in formalaşdırılması mərhələsində  Koreya, Sinqapur, Estoniya kimi bu sahədə mühüm nailiyyətlər əldə etmiş ölkələrin təcrübələrindən faydalanmışdır.

Elektron Hökumətin tətbiqi prosesi Qazaxıstanda 4 mərhələni əhatə edir:

  1. İnformasiya mərhələsi (2005-2006): Bu mərhələdə ölkənin bütün informasiya resurslarına vahid  pəncərədən giriş təmin edildi, gündəlik həyatda və iş  zamanı vətəndaşların və təşkilatların ən çox istifadə etdikləri xidmətlər araşdırıldı.
  2. İnteraktiv mərhələ (2006-2008): Vətəndaşlara interaktiv xidmət göstərmək məqsədilə "Elektron Hökumət" portalı istifadəçilərinin identikləşdirilməsi və avtorizasiya mexanizmi hazırlandı və tətbiq edildi, vətəndaş müraciətlərinin qəbulu xidmətləri və portalın mobil versiyası istifadəyə verildi.
  3. Transaksiya mərhələsi (2008-2010):  Ödəniş şlüzü və bank informasiya sisteminin portala inteqrasiya edilməsilə vətəndaşlar üçün onlayn rejimdə ödənişli xidmətlər təqdim edildi.
  4. Dördüncü mərhələ (2010 və sonrakı): elektron xidmətlərin ənənəvi offlayn xidmətləri üstələyəcəyi və əhalinin bütün yaşam tsiklini zəbt edəcəyi informasiya cəmiyyəti formalaşdırılacaq.

Qazaxıstanın "Elektron Hökumət" portalı (http://egov.kz) "bir pəncərə" prinsipi əsasında vətəndaşalara sosial xidmətlər təqdim etmə mexanizmidir. Hazırda, portalda  Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Sənaye və Ticarət, Ədliyyə, Maliyyə, Səhiyyə, Energetika və Mineral Resurslar Nazirliyi və digər qurumlar tərəfindən 1500 - dən artıq e-xidmət təqdim edilmişdir.

Aşağıdakı qeyd olunan elektron arayış xidmətləri vətəndaşlar tərəfindən ən çox müraciət olunan e-xidmətlər sırasındadır:

Ünvan arayışı – istifadəçilərin portala müraciəti əsasında ən çox tələb olunan sənədlərdən sayılır. Bu arayışda istifadəçinin yaşayış yerinə qeydiyyatının tarixi və qeydiyyat ünvanı kimi məlumatlar əks olunur. Bu arayışı bir neçə dəqiqə ərzində ödənişsiz qaydada istənilən ƏXM-dən (Əhaliyə Xidmət Mərkəzi) və ya portal üzərindən əldə etmək mümkündür. Onun istifadə müddəti alındığı andan 10 təqvim günüdür.

Daşınmaz əmlaka qoyulmuş öhdəlik barədə arayış (forma 2-nin arayışı)

Daşınmaz əmlakın alış-satış prosesində ən çox tələb olunan sənədlərdən biri "Daşınmaz əmlaka qoyulmuş öhdəlik barədə arayış"dır. Hər bir satıcı tələbə uyğun olaraq bu araryışı alıcıya təqdim etməlidir. Alıcı müstəqil şəkildə arayışı əldə edib, alınan daşınmaz əmlaka qoyulan öhdəliklər barədə məlumat əldə edə bilər. Xatırladaq ki, qoyulan öhdəliklər həbs, girov, etibarlı idarəçilik hüququ, dövlət qurumu tərəfindən qoyulmuş məhdudiyyət və digərləri ola bilər.  Sözü gedən arayış mülkiyyət hüquqlarının qanuniləşdirməsini asanlaşdırmaqla alıcını mümkün ola biləcək fırıldaqçılıqdan qoruyur. Arayışın istifadə müddəti 1 gündür.

Daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayış (forma 6-nın arayışı)

Daşınmaz əmlaka sahib olmadığını təsdiq edən arayış vətəndaşa dövlət poqramı çərçivəsində ipoteka kreditinin, habelə müxtəlif növ sosial müavinətlərin alınması üçün istifadə olunur.  Daşınmaz əmlakın mövcud olduğu halda, arayış hüquqi müəyyənləşdirmə sənədini əvəz etməsə belə, alan tərəfə əmlakın məhs satıcıya məxsus olmasını təsdiqləyir.

Bundan əlavə, vətəndaşlar pensiya köçürmələri barədə arayışı, hüquqi şəxsin qeydiyyatı barədə arayışı və s. portal vasitəsilə əldə edə bilərlər.

Qazaxıstanın "Elektron Hökumət" portalı vasitəsilə təqdim olunan digər populyar xidmətlər arasında,

* Uşaqların bağçaya qeydiyyatı;

* Nikaha daxil olmaq üçün qeydiyyat;

* Məhkumluğun olmaması barədə arayış;

* Hüquqi şəxsin dövlət qeydiyyatı;

* Özəl müəssisələrin qeydiyyatı;

* Kredit barədə hesabatın əldə olunması

 kimi e- xidmətlər də mövcuddur.

"Elektron hökumət " portalı ilə yanaşı "E-Hökumət" infrastrukturunun bir digər komponenti elektron imzadır. E-imza - informasiya təhlükəsizliyini qoruyan, informasiyanın tamlığını və sənədin həqiqiliyini təsdiq edən, əllə çəkilmiş imzanın analoqudur. Elektron imza e-sənəd mübadiləsinin bütün mərhələlərinin eyni vaxtda paralel icrasını (yaz, imzala, göndər) təmin edir. E-imza ilə imzalanmış sənədlər vahid bazada toplanır, bu da istənilən vaxt sənədin dublikatını çıxarmaq imkanı verir. E-imza sisteminin axtarış mexanizmi ilə sənəd barədə minimal informasiya daxil etməklə belə nəticə əldə etmək mümkündür.

Qeyd etmək istəyirik ki, Qazaxıstan, Elektron Hökumət İnkişaf İndeksi tərəfindən "BMT-nin E-Hökumət 2014" sorğusunda inkişaf səviyyəsinə görə yüksək inkişaf etmiş ölkələr sırasındadır.