You can return to the old version of the website

Open old version

Növbəti Startap Azərbaycan toplantısı Azərbaycan Texniki Universitetində keçirildi

1928
Print the text Copy text t1 t0 t2

Bu gün Azərbaycan Texniki Universitetinin tələbələri üçün Startup Azərbaycan toplantısı keçirildi. Startup Azərbaycan layihəsi çərçivəsində keçirilmiş görüşdə startuplar və internet biznes sahəsi ilə maraqlanan tələbələr iştirak etdi.

Toplantıda Startup Azərbaycan Komandasının üzvləri, "Elektron Hökumət" portalının və RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun nümayəndələri çıxış etdilər.

Toplantıda Startup Azərbaycan haqqında, "Elektron hökumət" portalı çərçivəsində keçirilən yeni startup müsabiqəsi haqqında, İT-nin İnkişafı Dövlət Fondunun qrant layihələri haqqında məlumatlar verildi.

Toplantı çərçivəsində "Elektron Hökumət" quruculuğu, e-xidmətlər, "Elektron Hökumət" portalı, e-sənəd, e-imza haqqında ətraflı informasiya verildi. "Elektron Hökumət"in yeni mərhələsi E-Gov 3.0 Açıq Hökumət Məlumatları, portalın operatoru RYTN-nin MHM-i tərəfindən hazırlanaraq cari ildən istifadəyə verilən data.gov.az portalı barədə danışıldı.

Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılmasına və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.