Qazaxıstan Respublikasında "Elektron İnformasiya Ehtiyatları və İnformasiya Sistemlərinin Dövlət Reyestri” Qazaxıstan Hökumətinin 21.11.2007-ci il tarixində təsdiq etdiyi 1124 №-liqərara əsasən informasiya ehtiyatları və sistemlərinin mülkiyyətçiləri tərəfindən mütəmadi olaraq təqdim edilən məlumatlara əsaslanaraq formalaşır və bu qaydalar çərçivəsində fəaliyyət göstərir.
Elektron İnformasiya Ehtiyatları və İnformasiya Sistemlərinin Dövlət Reyestrinin əsas vəzifələri informasiya ehtiyatları və informasiya sistemləri üzrə məlumatların sistemləşdirilməsi, Qazaxıstan Respublikasında fiziki və hüquqi şəxslərin Dövlət Reyestrində olan informasiyalar barədə məlumatlandırılması, Qazaxıstan Respublikasının dövlət orqanlarının informasiya təminatı, informasiya ehtiyatlarının və informasiya sistemlərinin inteqrasiyasının təşkili üçün informasiya ehtiyatları və informasiya sistemlərini hazırlayanlara məlumatların təqdim edilməsi, eləcə də informasiya ehtiyatları və sistemləri arasında informasiya mubadiləsinin təmin edilməsidir.
Məlumatlar İnformasiya Ehtiyatları və İnformasiya Sistemlərinin Dövlət Reyestrinə informasiya ehtiyatları və sistemlərinin dövlət qeydiyyatına
alınması üçün mülkiyyətçilərin hər il Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyinin İnformasiya, İnformasiyalaşdırma və Rabitə Komitəsinə kağız və elektron daşıyıcılar vasitəsilə təqdim etdikləri Müraciət Ərizələri əsasında daxil edilir.
Dövlət büdcəsindən maliyyələşdirilən və dövlət qurumlarının mülkiyyətində olan Dövlət İnformasiya Ehtiyatları və Sistemlərinin Reyestrdə dövlət qeydiyyatınaa alınması məcburi qaydada aparılır. Qeyri-dövlət qurumlarına məxsus İnformasiya Ehtiyatları və Sistemlərinin dövlət qeydiyyatı isə mülkiyyətçilərinin təşəbbüsü ilə həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi İnformasiya Ehtiyatları və İnformasiya Sistemlərinin dövlət qeydiyyatı mülkiyyəçilərin Müraciət Ərizəsi əsasında aparılır. Müraciət Ərizələri təşkilatın rəhbəri tərəfindən imzalanmış və möhürlənmiş şəkildə kağız daşıyıcı üzərində və eləcə də elektron formada Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyinin İnformasiya, İnformasiyalaşdırma və Rabitə Komitəsinə internet, poçt və ya kuryer vasitəsilə göndərilir.
İnformasiya sistemlərinin, proqram məhsullarının və proqram kodlarının depozitarisi
Dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan İnformasiya Ehtiyatları və Sistemlərinə aid proqram məhsullarının, normativ-texniki sənədlərin və proqram kodlarının uçotu məqsədilə "İnformasiya sistemləri, proqram məhsulları, proqram kodları və normativ-texniki sənədlərin Depozitarisi” fəaliyyət göstərir. Depozitari – informasiyalarlın saxlanılması, mühafizəsi və zərurət yarandıqda istifadəsi üçün yaradılmış "Fond” kimi başa düşülə bilər.
- Məlumat –hesablama vasitələrinin qeydiyyatı üçün müraciət ərizəsi;
-Depozitləşmə üçünmüraciət ərizəsi;
-İnformasiyanın ötürülmə şəbəkəsinin qeydiyyatı üçün müraciət ərizəsi;
-İnternet ehtiyatlarının qeydiyyatı üçün müraciət ərizəsi;
-Proqram təminatlarının qeydiyyatı üçün müraciət ərizəsi;
-Verilənlər bazasının qeydiyyatı üçün müraciət ərizəsi.
Reyestr üzrə axtarış
Qazaxıstan Respublikasının Dövlət Reyestrində axtarışın asanlaşdırılması və optimallaşdırılması üçün 3 axtarış növü nəzərdə tutulmuşdur:
- verilənlər bazası üzrə
- proqram təminatları üzrə