You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalının operatoru tərəfindən növbəti xeyriyyəçilik aksiyası keçirildi

1864
Print the text Copy text t1 t0 t2

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin Məlumat Hesablama Mərkəzində qanvermə aksiyası keçirildi. MHM-in işçiləri böyük həvəslə və könüllü olaraq, qana ehtiyacı olan leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə təşkil edilmiş bu aksiyaya qoşuldular. Aksiyanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşları da öz təşəbbüsləri ilə iştirak etdilər.

Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığını müəyyən etmək üçün öncədən müayinə edildi. Yalnız bundan sonra həkimlər sağlamlığı imkan verən donorlardan qan götürməyə başladılar.

Sözügedən xeyriyyə aksiyasının keçirilməsində məqsəd leykemiyalı uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Məlumat Hesablama Mərkəzi tərəfindən belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.