You can return to the old version of the website

Open old version

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması və “Elektron hökumət” portalına inteqrasiya edilməsi məsələləri müzakirə edildi

3371
Print the text Copy text t1 t0 t2

Elektron hökumət” portalının operatoru -  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələril ilə görüş keçirilib. Görüşdə İtaliyanın “ABACO” şirkətinin və onun lokal partnyor şirkətinin nümayəndələri də iştirak ediblər.
Toplantıda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması və “Elektron hökumət” portalına inteqrasiya edilməsi məsələləri müzakirə edildi. İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması istiqamətində qısa müddət ərzində geniş miqyaslı işlər görüldüyü və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq hazırda Nazirlik tərəfindən göstərilən 19 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya edildiyi qeyd olundu. 
Görüşdə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “Elektron hökumət” portalına inteqrasiyası, bunun üçün sistemin FİN-ə uyğunlaşdırma məsələləri müzakirə edildi. Portal üzərindən Daxili İşlər Nazirliyinin "Giriş-cıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindən Kənd Təsərrüfatı Nazirliyinə servis ötürülməsi qərara alındı və prosesin texniki detalları birgə müzakirə edildi. 
Eyni zamanda “Elektron kənd təsərrüfatı” sisteminin  Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərində qeydiyyata alınması məsələləri vurğulandı və bunun üçün zəruri şərtlər barədə görüş iştirakçılarına məlumat verildi. 
İnformasiya sistemlərinin və elektron xidmətlərin digər qurumlara təqdim edilməsi məqsədilə veb servislərin  hazırlanmasında  nəzərə alınması zəruri olan texniki tələblər, ümumi standartlar və kriteriyalar haqda  ətraflı məlumat verildi. 
“Elektron kənd təsərrüfatı” informasiya sisteminin portala inteqrasiyası, FİN-ə uyğunlaşma, əlaqədar qurumlardan müvafiq  servislərin portal vasitəsilə ötürülməsi və digər məsələlərdə Məlumat Hesablama Mərkəzi tərəfindən istənilən proqram-texniki dəstəyin ediləcəyi bir daha vurğulandı.