You can return to the old version of the website

Open old version

“Azərişıq” ASC-nin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı toplantı keçirildi

7302
Print the text Copy text t1 t0 t2

Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “Elektron hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının portala inteqrasiyası üzrə işlər davam etdirilir.

Bu gün portalın operatoru RYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən daha bir dövlət qurumunun portala inteqrasiyası ilə əlaqədar toplantı keçirildi.

“Azərişıq”  ASC-nin aidiyyatı nümayəndələrinin iştirak etdiyi toplantıda qurumun portala inteqrasiyası ilə əlaqədar mövcud informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılması və informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması məsələləri müzakirə edildi. Bununla yanaşı, Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli qərarının müvafiq bəndinə əsasən “Azərişıq” ASC-nin yaradılması ilə əlaqədar reyestrlərdə müvafiq dəyişiklərin edilməsinin zəruriliyi vurğulandı.

Toplantıda MHM tərəfindən qurumun portala qoşulması üçün texniki məsələlərin həll edilməsi istiqamətində və informasiya sisteminin FİN-ə uyğunlaşdırılması ilə əlaqədar dəstəyin göstəriləcəyi vurğulandı. Həmçinin, MHM “Azərişıq” ASC-yə informasiya sisteminin formalaşdırılmasının ilkin mənbədən aparılması üçün portal üzərindən  İAMAS-dan servisin ötürülməsini təmin edəcək.

Toplantıda “Azərişıq” ASC tərəfindən portal üzərindən təqdim ediləcək elektron xidmətlərin adları müəyyənləşdirildi. Tezliklə portal üzərindən,

  • * Enerji haqlarının internet vasitəsilə ödənilməsi
  • * İşıq kodunun yeni abunəçinin adına keçirilməsi üçün e-müraciət;
  • * İstehlakçıların elektrik şəbəkəsinə qoşulması üçün e-müraciət;
  • * Enerji borcu olmaması barədə elektron arayış

kimi elektron xidmətlər təqdim ediləcəkdir.

İlkin mərhələdə portalda qeydiyyatdan keçən istifadəçinin FİN-ə görə işıq kodunun avtomatik təyin edilməsi  və  avtomatik təyin edilmə   mümkün olmadıqda abonent kodunu əllə daxil edilməsi imkanları yaradılması nəzərdə tutulur.