You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" bülleteninin may sayının təqdimat mərasimi keçirildi

1788
Print the text Copy text t1 t0 t2

7 may tarixdə "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin may sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri və portalda ötən ay ərzində aktiv fəaliyyətləri ilə seçilən bəzi dövlət qurumlarının nümayəndələri iştirak etdilər.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O, "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Məruzəçi ötən illərlə müqayisədə elektron xidmətlərdən istifadəçi sayının dinamik şəkildə artdığını və hazıradək 1710901 istifadəçinin "Elektron Hökumət" portalı üzərindən elektron xidmətlərdən faydalandığını vurğuladı. O, həmçinin, elektron hökumət, elektron xidmətlərin artıq praktiki istifadə təyinatını tapan real rezursa çevrildiyini nəzərə çatdırdı.

Yerli İcra Hakimiyyəti orqanlarında vahid elektron sistemin yaradılması haqqında ölkə Prezidentinin fərmanı üzrə görülən işlərdən bəhs edərək, sistemin mahiyyətindən danışan məruzəçi portal üzərindən olunan müraciətlərə nəzarət mexanizminin də istifadəyə veriləcəyini bildirdi. N.Mərdanov Qaçqınkomla birgə görülən işlər və artıq istismara verilmiş sistem barədə tədbir iştirakçılarına geniş məlumat verdi.. Bu istiqamətdə müvafiq qurumla görülən işlərin ötən il yay aylarından etibarən başlanıldığına və cari ilin aprel ayında yekunlaşdırılaraq istifadəyə verildiyini söylədi.

Elektron Hökumət quruculuğu üzrə Mədəniyyət və Turizm Nazirliyinin xidmətlərini vurğulayan məruzəçi daha geniş məlumat üçün sözü müvafiq nazirliyinin əməkdaşına verdi.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı çıxış edərək, Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli,102 nömrəli qərarına əsasən mədəniyyət sahəsində elektron məlumat sisteminin təşkili ilə bağlı təsdiq olunmuş qaydalara əsasən görülən tədbirləri gündəmə gətirdi. Bu tədbirlər çərçivəsində 4 elektron servisin data.gov.az portalında yerləşdirildiyini, 2 mobil tərtibatın istifadəyə verildiyini söylədi. 2008-ci ildə qurulmasına start verilən ölkəmizdə ilk GoMap elektron xəritəsinin texniki aspektlərindən bəhs etdi və artıq "Elektron Hökumət" portalı tərəfindən vətəndaşlara təqdim edildiyini söylədi. O həmçinin belə xidmətlərin sayının 40-a çatdırılmasının planlaşdırıldığını bildirdi.

Daha sonra, Qaçqınkomun əməkdaşı çıxış edərək yenicə istifadəyə verilmiş "Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarə sistemi" barədə məlumat verdi. Sistemin 6 funksional bölmədən təşkil olunduğunu qeyd edərək ictimai əhəmiyyətini nəzərə çatdırdı.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında mətbuat nümayəndələrini ölkədə baş verən elektronlaşma prosesi ilə daha yaxından maraqlanmağa, nöqsanlar və çatışmazlıqlar üzrə araşdırmalar apararaq daha tələbkar olmağa səslədi.

Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.