You can return to the old version of the website

Open old version

2014-cü ilin iyun ayından etibarən Qazaxıstan Respublikası elektron etibarnamələrin tətbiqinə başlayıb

1854
Print the text Copy text t1 t0 t2

Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi 2014-cü ilin iyun ayından başlayaraq "Elektron Hökumət" portalı vasitəsilə avtomobilin idarə olunmasına dair səlahiyyətlərin digər şəxsə etibar edilməsi üçün elektron xidmət hazırlayıb vətəndaşların istifadəsinə vermişdir.

Xidmətdən istifadə üçün yalnız internetin və elektron imzanın olması kifayətdir. Artıq bu məsələ ilə bağlı notarial kontorlara müraciət etmək tələb olunmur. Həmçinin, etibarnamə ilə bağlı müraciət edən şəxsdən heç bir sənəd nüsxəsi tələb olunmur. Müraciət edən sadəcə müvafiq elektron formanın lazımi bölmələrini doldurmaqla digər şəxsə idarə etdiyi avtomobili sürməyi etibar edə bilir.

Bunun üçün, istifadəçi Qazaxıstan Respublikasının  “Elektron hökumət” (egov.kz) portalından qeydiyyatdan keçməli, "Nəqliyyat və Rabitə" bölməsindən "Avtomobil nəqliyyatı"nı seçməli, daha sonra " Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən qeydiyyatlar istisna olmaqla, etibarnamə vasitəsilə avtomobili idarə edən şəxslərin qeydiyyatı " xidmətinə daxil olmalıdır.

"Xidmətin onlayn sifarişi" düyməsini seçdikdən sonra səlahiyyətlərini etibar edən şəxs səlahiyyətlinin məlumatlarını qeyd edir, həmçinin, avtomobilin dövlət qeydiyyat nömrə nişanı və  qeydiyyat şəhadətnaməsinin seriya/nömrəsini daxil edir. Sonda, etibarnaməni e-imza vasitəsilə imzalayır. Sorğunun icrası bir neçə saniyə ərzində baş tutur, istifadəçi formalaşdırdığı etibarnaməyə "Şəxsi kabinet" vasitəsilə baxa və ya etibarnaməni çap edə bilər.
Qeyd edək ki, ödənişsiz təqdim edilən bu xidmət vasitəsilə təkcə ilk iki ay ərzində 10 min etibarnamə rəsmiləşdirilmişdir.