You can return to the old version of the website

Open old version

Azərbaycan İpoteka Fondu elektron xidmətlərini "Elektron Hökumət" portalı vasitəsilə daha sadələşdirilmiş şəkildə vətəndaşlara təqdim edəcək

3643
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu və "Elektron Hökumət" portalı arasında əməkdaşlıq davam etməkdədir. Bu gün "Elektron Hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiylar Nazirliyinin Məlumat Hesablama Mərkəzində hər iki qurumun nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Toplantıda onlayn ipoteka müraciətinin portal vasitəsilə sadələşdirilməsi məsələsi müzakirə edilib.

Bu istiqamətdə hər iki qurumun texniki potensialı və qanunvericiliklə tənzimlənən məqamlar müzakirə edilmiş, onlayn ipoteka sisteminin daha rahat və səmərəli təşkili üzrə fikir mübadiləsi aparılmışdır. Görüş zamanı fond tərəfindən yaradılan onlayn ipoteka sisteminin portal üzərindən vətəndaşlara təqdimi və bu prosesin qanunvericiliyə uyğun şəkildə təmin edilməsi məsələləri müzakirə edilmişdir.

Toplantı çərçivəsində portal üzərindən təqdim olunan, xüsusilə də, bank sektorunun maraq dairəsində olan elektron arayışlar əyani olaraq fondun əməkdaşlarına nümayiş etdirilmiş, elektron arayışların vətəndaşlar üçün təmin etdiyi üstünlüklər müzakirə edilmişdir.

Tezliklə, vətəndaşlar onlayn ipoteka müraciətini daha rahat və çevik şəkildə icra edə biləcəklər.