You can return to the old version of the website

Open old version

AzTU-da Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması barədə müqavilə imzalanmışdır

2400
Print the text Copy text t1 t0 t2

İyunun 8-də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Hökumət portalının operatoru “Məlumat Hesablama Mərkəzi”nin direktoru Nail Mərdanov və baş mütəxəssis Nadir Rəsulov Azərbaycan Texniki Universitetində olmuşlar. Universitetin rektoru, professor Havar Məmmədovla söhbət zamanı qeyd edilmişdir ki, son illər ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən yüksəliş qeyri-neft sektorunun, xüsusilə də İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektorunun inkişafına müsbət təsir göstərmişdir.

Azərbaycan Texniki Universiteti,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınmış və bu barədə AzTU-nun rektoru, professor Havar Məmmədov və Elektron Hökumət portalının operatoru,“Məlumat Hesablama Mərkəzi”nin direktoru Nail Mərdanov müqavilə imzalamışlar.Hər iki müəssisə yeni tərəfdaşlıq əsasında “Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılamsı istiqamətində işlərin icrasına başlamışdır.“Elektron idarəçilik, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” üzrə ali təhsilli kadrların hazırlığı istiqamətində elm-təhsil və biznes səylərini birləşdirmək vəzifəsi qarşıya qoyulmuşdur.Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasında “Elektron İmza” laboratoriyasının yaradılması barədə məsələ müzakirə olunmuşdur.

İnformasiya Texnologiyaları sahəsində ixtisaslaşmış və peşəkar kadr potensialına malik Məlumat Hesablama Mərkəzinin əsas fəaliyyəti informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir.

Qocaman təhsil müəssisələrindən olan AzTU ölkəmizə kadr potensialı hazırlığında daim öndə olmuşdur və bu gün də peşəkar kadr hazırlığı üçün dünyada gedən tendensiyalardan yararlanmaq istiqamətində davamlı fəaliyyət göstərir.

Cəmiyyətimizin yaşadığı mövcud informasiya əsrində təcrübə mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi innovativ elmi inkişaf dövründə AzTU ilə RYTN MHM-nin belə bir elmi texnoloji tərəfdaşlığının yaradılması zərurətdən irəli gələn bir hadisədir.“Milli Strategiya”nın əsas prinsiplərinə və strateji istiqamətlərinə uyğun təşkil olunan bu birlik ali təhsilin yüksək texnologiyalar bazasında inkişafını təmin edəcək və elmi tədqiqatların aparılmasında əlverişli şəraitin formalaşdırılmasına əlavə vəsilə olacaqdır.