You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" bülleteninin iyun sayının təqdimat mərasimi keçirildi

2114
Print the text Copy text t1 t0 t2

9 iyun  tarixində "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron Hökumət" bülleteninin iyun sayının təqdimatı üzrə brifinq keçirildi. Tədbirdə media nümayəndələri, Azərbaycan Texniki Universitetinin,  “Azərişıq”ASC-nin, “Azərsu” ASC-nin nümayəndələri və Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz iştirak etdi.

Tədbiri MHM-nin direktoru Nail Mərdanov açıq elan etdi. O, "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Natiq bildirdi ki, portal üzərindən təqdim olan e-xidmətlərin sayı və e-xidmətlərdən istifadədə dinamik artım var. Belə ki, "Elektron Hökumət" portalına daxil olanların sayı 1,8 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 11,6 milyonu keçmişdir. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı artıq 420-dir. Statistik göstəricilərə görə may ayı ərzində  portala müraciət edənlərin 23,7%-ni yeni istifadəçilər, 76,3%-ni təkrar müraciət edənlər təşkil edib.  
Daha sonra, N.Mərdanov tədbirdə iştirak edən AzTU-nin kafedra müdiri Zəfər Cəfərovu təqdim edərək RYTN MHM ilə Azərbaycan Texniki Universitetinin birgə təşəbbüsü  olaraq icrasına başladıqları  elm-təhsil və texnologiyalar birliyinin yaradılmasının önəmli yeniliklərdən biri olduğunu, bunun ilk olaraq AzTU-ilə birgə reallaşdırıldığının təsadüfi olmadığını vurğuladı.

Elm-Təhsil və Texnologiyalar birliyinin yaradılmasında məqsəd universitetin tədris etdiyi nəzəri biliyə praktiki dəstəyin verilməsinin olduğunu qeyd edən N.Mərdanov birgə əməkdaşlıq əsasında Universitetdə  "E-imza" və "Elektron Hökumət Portalı", "Elektron xidmətlər" laboratoriyalarının təşkil olunacağını vurğuladı. Belə laboratoriyalarda tələbələr e-imza sertifikatlarının, eləcə də "E-Hökumət"  üzrə yaradılacaq test mühitində Nazirlər Kabineti tərəfindən təsdiqlənən xidmətlərin elektronlaşması və mobil tərtibatların hazırlanma prosesində əyani iştirak edərək xidmət təminatçısı kimi fəaliyyət göstərəcklər.
Z.Cəfərov çıxışında MHM ilə birgə elmi fəaliyyətlərdən bəhs edərək  “Elektron idarəçilik, İnformasiya sistemləri və kibertəhlükəsizlik” Elm-Təhsil və Texnologiyalar Birliyinin əsasnaməsinin artıq təsdiq edildiyini və bu əsasnaməyə əsasən elmi-metodiki fəaliyyət istiqamətlərinin müyyənləşdirildiyi bildirdi. Birliyin tədris planının əsasnamə üzrə təsdiq edildiyini qeyd edən Z.Cəfərov bu əməkdaşlığın elmi-praktiki əhəmiyyətini nəzərə çatdırdı.
N.Mərdanov dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının portala inteqrasiyası üzrə işlərin davam etdirildiyini, bu ay daha bir dövlət qurumunun portala inteqrasiyasını vurğulayaraq "Azərişıq" ASC-nin rəsmiləri Vüqar Həşimovu və Tanrıverdi Mustafayevi təqdim etdi.

 “Azərişıq”ASC-nin nümayəndəsi Tanrıverdi Mustafayev ilk növbədə qurumun portala qoşulması üçün texniki məsələlərin həll edilməsi istiqamətində və informasiya sisteminin FİN-ə uyğunlaşdırılması ilə əlaqədar portalın operatoru olan MHM-ə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. “Azərişıq” ASC-nin portal üzərindən təqdim edəcəyi elektron xidmətlərin adlarını açıqlayaraq bu xidmətlərin ictimai mahiyyətindən söz açdı.
Daha sonra, Vüqar Həşimov tezliklə vətəndaşlara təqdim olunacaq elektron xidmət çeşidinin artacağını, abonentlərin tələbatlarının vaxtında ödənilməsi üçün abunəçi sorğularının onlayn qəbulu, borcun onlayn araşdırılması və s. elektron xidmətlərin vətəndaşlara təqdim ediləcəyini bildirdi.

Tədbir çərçivəsində “Azərsu” ASC-nin nümayəndəsi Anar Cəbrayılzadə çıxış etdi, son dövr ərzində E-hökumət istiqamətində MHM ilə aparılan səmərəli əməkdaşlıqdan, informasiya sisteminin FİN-ə uyğulaşdırılması üzrə görülən birgə işlərdən, hazırlanan e-xidmətlərdən bəhs etdi. Anar Cəbrayılzadə abonent məlumatlarındakı texniki səhvlərdən danışaraq, sosial xidmətlərin elektronlaşması prosesinin ləngiməsini belə səhvlərin mövcudluğu ilə əsaslandırdı. O hazırda bu istiqamətdə MHM-nin əməkdaşları ilə birgə İAMAS-la üzləşdirmə aparıldığını, abonent məlumatlarının ~50%-nin texniki şərtlərə uyğun tənzimlənildiyini söylədi.
Nümayəndə qurum tərəfindən yaradılmış müştəri informasiya sisteminin ictimai rolundan danışdı, cari ilin 5 ayı ərzində sistemə daxil olan 100000-dən artıq vətəndaş sorğusunun cavablandırıldığını nəzərə çatdırdı. Daha sonra,  “Azərsu” ASC-nin elektron mühitin formalaşdırılması üzrə gördüyü işlər barədə məlumat verərək gələcəkdə qurum tərəfindən onlayn ictimai xidmətlərin sayının artırılacağını qeyd etdi.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz çıxışında qurumların elektronlaşma sahəsində icra etdiyi işləri yüksək qiymətləndirdiyini qeyd etdi. O adı çəkilən məlumat bazalarının hələ də tamamilə texniki şərtlərə uyğun tənzimlənmədiyini və bu səbəbdən portal üzərindən təqdim olunan "Şəxsi Kabinet"-də istifadəçi məlumatlarının natamam olmasını vurğuladı.
Tədbirdə "Elektron Hökumət" portalı tərəfindən daha bir yenilik açıqlandı. Portalın operatoru RYTN MHM-in direktoru N.Mərdanov mobil operatorlar tərəfindən yeni nömrələrin satışı prosesinin yeni qərara əsasən tezliklə texniki qaydalara uyğun olaraq portal üzərindən həyata keçiriləcəyini və köhnə nömrələrin İAMAS-a uyğunlaşdırılacağını, bunun sayəsində isə portal tərəfindən vətəndaşlara SMS vasitəsilə ödənişlər, cərimələr və s. üzrə bildirişlərin göndəriləcəyi xəbərini verdi.
Tədbir mətbuat nümayəndələrinin sualları üzrə müzakirələrlə yekunlaşdı.