You can return to the old version of the website

Open old version

Qazaxıstan Respublikasının Açıq Hökumət Məlumatları portalı

2407
Print the text Copy text t1 t0 t2

Qazaxıstan Respublikasının Açıq Hökumət Portalı (data.gov.kz) vasitəsilə istifadəçilər zəruri hallarda dövlət orqanları və özəl təşkilatlar tərəfindən yaradılan məlumatlar toplusunu hər hansı bir qeydiyyat olmadan asanlıqla yükləyə və istifadə edə bilərlər.  Öz növbəsində proqramçılar APİ-dən (əlavələrin proqramlaşdırma interfeysi) istifadə edərək açıq məlumatlar əsasında faydalı proqramlar və xidmətlər yaratmaq imkanına da sahibdirlər. 
“Açıq məlumatlar” layihəsinin uğuru portal və məlumatlarla işləmək üçün vətəndaşların nə dərəcədə  cəlb  olunmasından birbaşa asılıdır.
Açıq məlumatlar aşağıdakı imkanları yaradır:
*    İctimai təşkilatlara – hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət etmək;
*    Biznes sektoruna - yenilərinin yaradılması və mövcud olan informasiya məhsullarının inkişafı;
*    Proqramçılara – yeni proqramların yaradılması üçün “ideya yanacağı” əldə edilməsi;
*    Vətəndaşlara – şəxsi rahatlığı üçün yaradılmış proqramlardan istifadə olunması;
*  Dövlət və yerli hakimiyyət orqanlarına – dövlət vəsaitinə qənaət etməyə imkan verən yeni məhsulların yaradılması üçün biznes və vətəndaşların cəlb olunması.

Qazaxıstan Respublikasının Açıq Hökumət  Portalında ümumilikdə 13 kateqoriya və 9 dövlət orqanı üzrə 219 adda məlumat bazaları mövcuddur. Müəyyən dövlət orqanlarına aid olan məlumatların axtarışının rahatlığı üçün məlumat bazaları dövlət orqanları və kateqoriyalar üzrə qruplaşdırılmışdır.
Kateqoriyaların istiqamət sahəsi üzrə, məlumat bazaları  isə dövlət orqanları üzrə klassifikasiya olunmuşdur. Kateqoriyalara aşağıdakılar aiddir:
*    Ailə;
*    Səhiyyə;
*    Təhsil;
*    Əmək və məşğulluq;
*    Sosial təchizat;
*    Vətəndaşlıq,miqrasiya və immiqrasiya;
*    Əmlak;
*    Vergilər və maliyyə;
*    Hüquqi yardım;
*    Nəqliyyat və kommunikasiya;
*    Turizm və sport;
*    Hərbi uçot və təhlükəsizlik;

Qeyd olunan bölmələrin hər birinə daxil olaraq istifadəçilər lazımi məlumatları asanlıqla əldə edə bilirlər. Xidmətin adını seçdikdə açılmış səhifədə xidmətin təsviri, əlaqəli qurum, yenilənmə tarixi və fayllar öz əksini tapır. Səhifənin aşağı hissəsində istifadəçilərin öz şərhlərini yazmaq imkanı da yaradılmışdır.
Portala daxil olduqda sağ tərəfdə “Rəylər” düyməsi yerləşdirilmişdir. Bu düyməni kliklədikdə portal haqqında rəylərin bildirilməsi və yazılan rəylərə nəzarət edilməsi mümkündür. İstifadəçilər mövzular üzrə rəylərə daxil olub cavablara, mövzu ətrafında olan müzakirələrə də baxa bilərlər. 

Dövlət qurumları üzrə açıq məlumatların qruplaşdırılması:

•    Daxili İşlər Nazirliyi (3);
•    Mədəniyyət və İdman Nazirliyi (8);
•    Milli İqtisadiyyat Nazirliyi(5);
•    Müdafiə Nazirliyi (3);
•    İnvestisiyalar və İnkişaf Nazirliyi(27);
•    Səhiyyə və Sosial İnkişaf Nazirliyi(4);
•    Təhsil və Elm Nazirliyi(151);
•    Ədliyyə Nazirliyi(17);
•    QazaxPoçt(1);

Göründüyü kimi ən çox adda açıq məlumatlar Təhsil və Elm Nazirliyinə aiddir. Bundan əlavə, saytda “Servis” bölümündə müvafiq küçə adının mövcudluğu haqda “Axtarış” bölümündən vətəndaş məlumat əldə etmiş olur. Həmin bölümdə istifadəçi əhalinin xidmət mərkəzini xüsusi xana  vasitəsilə radius hərəkətlərini seçməklə xəritədə tapa bilir. Eyni qayda üzrə notarius və apteklərin axtarışları həyata keçirilir. Hələlik qeyd edilən e-xidmətlər yalnız Astana şəhərini əhatə edir.
Açıq Hökümət Portalında mövcud bölmələrdən biri də “Əlavələr”(Applications) bölməsidir. Burada "Astana Projects", "Post Offices", "ATMfinder", "AstanaExpert", "Meken", "Cultural Astana", "AstanaPage", "Kindergartens of Astana", "Statistic of regions", "Kazaxsansi znayut" kimi əlavələr yerləşdirilmişdir.
*   Astana Projects –Android tipli mobil cihazlar üçün nəzərdə tutulub və Astana şəhəri haqqında məlumat verir.Əlavə hazırda muzeylər, teatrlar, kinoteatrlar, uşaq bağçaları, polis və kitabxanalar haqqında məlumat verir.Gələcəkdə sözügedən obyektlər haqqında məlumatı GoogleMap-in imkanlarından istifadə etməklə əldə etmək mümkün olacaq.
*    Post Offices-Qazaxıstanın Poçt filiallarına aid telefon,ünvan, qrafik kimi  məlumatları göstərir.
*    ATMfinder-əlavə istifadəçinin dayandığı yerə əsaslanaraq ona yaxın rayon ərazisində bankomatların tez bir zaman ərzində tapılmasını nəzərdə tutur. Bankomatların axtarışı adlarına,məsafə, ünvan, küçə və rayona görə mümkündür;
*   AstanaExpert-əlavə Astana şəhəri haqqında biliklərin genişləndirilməsi üçün nəzərdə tutulub.Əlavəyə mədəni mərkəzlər haqqında siyahı,kinoteatrlar və s.əyləncəli mərkəzlər haqqında məlumatlar daxildir.
*  Meken -Astana şəhərində yerləşən müxtəlif təşkilatlar haqqında məlumatları istifadəçilər bu əlavə vasitəsi ilə əldə edə bilərlər.Gələcəkdə başqa şəhərləri də əhatə edəcək;
*    Cultural Astana-Mədəni mərkəzlər barədə məlumat verir-muzey,kitabxana,teatr v.s;
*   AstanaPage-İstifadəçi xüsusi axtarış sisteminin köməyilə Astana şəhərində ona lazım olan yeri asanlıqla müəyyənləşdirə bilir.
*  Kindergartens of Astana-əlavə valideynlər üçün nəzərdə tutulub.Şəhərdə uşaq bağçaları haqqında lazımı məlumatları əldə etmək mümkündür: ünvan,telefon,və s.;
*  Statistic of regions - əlavə vasitəsilə istifadəçi regionlar üzrə olan məlumatları müqayisə etmək imkanına malikdir, bundan əlavə, müqayisələri histoqram və dairəvi diaqram köməyi ilə görə bilər.
*  Казахстанцы знают -  Bu proqram köməyi ilə ictimaiyyət Qazaxıstan Respublikasının dövlət orqanları tərəfindən yaradılan bütün məlumatları asanlıqla tapıb baxa bilər.