You can return to the old version of the website

Open old version

Dövlət qurumlarının informasiya sistemlərinin cari ilin sentyabr ayında keçiriləcək monitorinqi üzrə hazırlıqlar davam edir

2011
Print the text Copy text t1 t0 t2

Xəbər verdiyimiz kimi, "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 3.1.56-cı yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"nin 4.1-ci yarımbəndinin tələblərinə əsasən, cari ilin sentyabr ayından başlayaraq “Elektron Hökumət” portalının Operatoru  tərəfindən dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqinin keçiriləcəyi planlaşdırılır. 
Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq müvafiq qurumlara göndərilmişdir. 

Artıq aşağıda göstərilən 11 dövlət qurumu tərəfindən informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusu cavablandırmışdır:

1.    Kənd Təsərrüfatı Nazirliyi
2.    Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
3.    Müəllif Hüquqları Agentliyi
4.    Dövlət Statistika Komitəsi
5.    Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi;
6.    Diasporla İş Üzrə Dövlət Komitəsi
7.    Fövqəladə Hallar Nazirliyi
8.    Gənclər və İdman Nazirliyi
9.    İqtisadiyyat və Sənaye Nazirliyi
10.   Vergilər Nazirliyi
11.    Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Hesab edirik ki, sorğular cavablandırıldıqdan sonra qurumlarda monitorinqlərin keçirilməsi daha operativ və səmərəli olacaqdır. 
Qeyd edək ki, monitorinqlər zamanı əsasən aşağıdakı məsələlərə diqqət yetiriləcəkdir:
*  informasiya ehtiyatlarının FİN-ə uyğunluğu;
*  fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili;
*  informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalar arası relativlik prinsiplərinin yoxlanılması;
*  fərdi məlumatların toplanılmasının və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən bəyan edilmiş məqsədlərə uyğunluğu;
*  digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi;
*  informasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması;
*  informasiya sisteminin və ehtiyatlarının “Elektron hökumət”portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu;
*  informasiya sisteminin SOAP (SimpleObject Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı;
*  dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri;
*  dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması;
*  qanunvericiliyə uyğun sair aidiyyəti məsələlərin monitorinqi.

Vaxtaşırı keçirilən monitorinqlər dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, İS-lərinin “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasına və aşkar olunan uyğunsuzluqların aradan qaldırılmasına xidmət edir.
Nəzərinizə çatdırırıq ki, sorğunu cavablandırmaq üçün https://www.e-gov.az/sorgu linkinə e-imza vasitəsilə daxil olaraq “Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu”nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları  doldurub təsdiq edərək kağız şəklində RYTN-in  Məlumat Hesablama Mərkəzinə göndərmək olar.