You can return to the old version of the website

Open old version

Ziraatbank biznes proseslərini "Elektron Hökumət" Portalı vasitəsilə avtomatlaşdırmaq niyyətindədir

1988
Print the text Copy text t1 t0 t2

Günümüzdə "vaxt nəğd puldur" deyimi öz əksini tapmaqdadır. Artıq bütün biznes sahələrində komputer vasitəsilə icra olunan bir çox əməliyyatların avtomatlaşdırılması, operatorların işini asanlaşdırmaqla yanaşı, müştərinin vaxtına qənaət edir, həmçinin, dəqiq məlumat transferini təmin edir.

Bununla əlaqədar olaraq, ötən həftə, Azərbaycanda yeni fəaliyyətə başlamış "Ziraat Bank Azərbaycan" ASC və "Elektron Hökumət" portalının əməkdaşları arasında görüş keçirildi. Toplantıda portalın imkanları haqda danışıldı, bank nümayəndələrinə portalın imkanları barəsində əyani məlumat verildi. Müzakirə zamanı, "Ziraat Bank Azərbaycan" ASC-dən bundan sonra Portalın texniki imkanlarından istifadə edərək bir çox əməliyyatların avtomatik icrasını portal vasitəsilə təmin etmək niyyəti bildirildi. Bu əməkdaşlıq əlavə vaxt itkisi, məlumatları əl ilə daxil edərkən yol verilə biləcək səhvlərin qarşısını almaqla yanaşı, biznes proseslərin belə avtomatlaşdırılması zəruriyyətini ortaya çıxarmışdır.

Bununla bağlı olaraq, bankın  fəaliyyətində operativliyi və etibarlılığı təmin etmək məqsədilə Portalın imkanlarından istifadə üçün birgə əməkdaşlığa başlanılması təklif olunmuşdur. Əlavə olaraq görüşdə internet bankçılıq və elektron arayışlar barəsində də müzakirələr aparılmışdır. 

Qeyd edək ki, hal-hazırda Portalın operatoru tərəfindən sahibkarlara öz biznes fəaliyyətlərinin avtomatlaşdırılması üçün bir çox imkanlar yaradılmışdır.