You can return to the old version of the website

Open old version

20 dövlət qurumu mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün göndərilmiş anket sorğusunu cavablandırıb

2193
Print the text Copy text t1 t0 t2

Xəbər verdiyimiz kimi, mövcud qanunvericiliyə uyğun olaraq cari ilin sentyabr ayından başlayaraq “Elektron Hökumət” portalının Operatoru  tərəfindən dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqinin keçiriləcəyi planlaşdırılır.

Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq 36 dövlət qurumuna göndərilmişdir.

Artıq aşağıda göstərilən 20 dövlət qurumu tərəfindən informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusu cavablandırılmışdır:

1.  Kənd Təsərrüfatı Nazirliyi

2.  Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası

3.  Müəllif Hüquqları Agentliyi

4.  Dövlət Statistika Komitəsi

5.  Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi;

6.  Diasporla İş Üzrə Dövlət Komitəsi

7.  Fövqəladə Hallar Nazirliyi

8.  Gənclər və İdman Nazirliyi

9.  İqtisadiyyat və Sənaye Nazirliyi

10. Vergilər Nazirliyi

11. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

12. Energetika Nazirliyi

13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

14. Müdafiə və Sənaye Nazirliyi

15. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

16. Azərsu ASC

17. Əmlak Məsələləri Dövlət Komitəsi

18. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi

19. Dövlət Miqrasiya Xidməti

20. Azərenerji ASC

Hesab edirik ki, sorğular cavablandırıldıqdan sonra qurumlarda monitorinqlərin keçirilməsi daha operativ və səmərəli olacaqdır.

Qeyd edək ki, monitorinqlər zamanı əsasən aşağıdakı məsələlərə diqqət yetiriləcəkdir:

  • * informasiya ehtiyatlarının FİN-ə uyğunluğu;
  • * fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili;
  • * informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalar arası relativlik prinsiplərinin yoxlanılması;
  • * fərdi məlumatların toplanılmasının və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən  bəyan edilmiş məqsədlərə uyğunluğu;
  • * digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi;
  • * informasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması;
  • * informasiya sisteminin və ehtiyatlarının “Elektron hökumət”portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu;
  • * informasiya sisteminin SOAP (SimpleObject Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı;
  • * dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri;
  • * dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması;
  • * qanunvericiliyə uyğun və sair aidiyyəti məsələlərin monitorinqi.

Xatırladırıq ki, sorğunu cavablandırmaq üçün https://www.e-gov.az/sorgu linkinə e-imza vasitəsilə daxil olaraq “Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu”nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları  doldurub təsdiq edərək kağız şəklində RYTN-in  Məlumat Hesablama Mərkəzinə göndərmək olar.