You can return to the old version of the website

Open old version

Elektron sənədlərlə bağlı kargüzarlıq yeni mühit yaradacaq

4586
Print the text Copy text t1 t0 t2

Prezident İlham Əliyev “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr  tarixli  935 nömrəli Fərmana dəyişikliklər edilməsi haqqında yeni bir Fərman imzalayıb.

Yeni qaydalarda elektron kargüzarlıqla bağlı bir sıra bəndlər əlavə olunub, elektron formada kargüzarlıqla bağlı yeni tələblər və standartlar müəyyən olunub. Məlum olduğu kimi hazırda Elektron Hökumət portalı tərəfindən elektron sənədlərin, elektron arayışların hazırlanması istiqamətində də ciddi addımlar atılır. Lakin elektron arayışların bütün dövlət qurumları tərəfindən tanınması sahəsində müəyyən problemlər vardı.

Yeni dəyişikliklərin bu sahəyə necə təsir edəcəyini öyrənmək məqsədi ilə, ümumiyyətlə, bu sahəyə  aydınlıq gətirmək üçün  Elektron Hökumət portalının operatoru- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bildirir ki, qəbul edilən dəyişikliklər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Bu qaydalar kargüzarlıqda yeni bir mərhələnin başlanğıcını qoyur. Qaydalar xüsusilə də elektron formada sənədlərin tanınmasında mühüm rol oynayacaq.

Qurumdan verilən məlumata görə, adıçəkilən Təlimatda diqqət çəkən əsas bəndlərdən biri də aşağıdakıdır:

* Elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində aşağıdakıları özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir:

* təşkilatın tam adı;

* təşkilatın hüquqi ünvanı;

* elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat tarixi.

Bu bəndin önəmli əhəmiyyəti ondan ibarətdir ki, bu vaxtadək elektron sənədlər (hətta elektron imza ilə imzalanmış sənədlər belə) çap edildikdə həmin sənədin kağız variantında sənədin kim tərəfindən, nə vaxt imzalanması, təsdiq olunması  və s. barədə məlumatlar öz əksini tapmırdı.

Məlumata əsasən “Yeni qaydaların tətbiqindən sonra isə elektron sənədlərin çap edilərək kağız şəklində aidiyyatı qurumlara təqdim edilməsi də mümkün olacaq”.

Kargüzarlıqla bağlı yeni qaydalar elektron sənəd dövriyyəsinin genişlənməsinə təkan verəcək və bununla da qurumlar arasında məlumat mübadiləsinin sürətlənməsinə, yazışmaların daha operativ şəkildə həyata keçirilməsinə imkan yaranacaq və əlavə vaxt itkilərinin qarşısı alınacaq.