You can return to the old version of the website

Open old version

"Elektron hökumət" portalının tərkib hissəsi olan Dövlət Reyestrlərinin məqsədləri

2052
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri "Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilmişdir. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri "Elektron hökumət” portalının Operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən aparılır.

Dövlət Reyestrlərinin yaradılmasında əsas məqsədlər aşağıdakılardır:

* dövlət informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması;

* dövlət informasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi;

* milli informasiya fəzasının formalaşdırılması işlərinin, o cümlədən mövcud və yeni yaradılan informasiya ehtiyatları arasında mübadilə və uzlaşdırma mexanizmlərinin tam, aktual və dəqiq məlumatlarla operativ təmin olunması;

* Reyestrlə informasiya ehtiyatlarının lokal reyestrləri arasında informasiya mübadiləsi, sorğu-arayışların marşrutlandırılması işlərinin təşkilinə dəstək verilməsi;

* informasiyalaşdırma sahəsində təsnifatların və proqram-texniki həllərin unifikasiya edilməsi;

* informasiya ehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması məqsədi ilə şəffaflığın təmin olunması;

* dövlət informasiya ehtiyatlarının yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi;

* informasiya cəmiyyətinə keçid üzrə dövlət proqramlarının və elektron xidmətlərin göstərilməsi üzrə layihələrin həyata keçirilməsinə dəstək verilməsi;

* fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş əqli mülkiyyət hüquqlarının qorunmasına yardım edilməsi;

* informasiya ehtiyatlarını yaradan və ondan istifadə edən subyektlər arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqinin stimullaşdırılması;

* dövlət orqanlarının, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərin informasiya ehtiyatları haqqında məlumatlarla təmin olunması, statistik indikatorların müəyyən edilməsi və müvafiq hesabat işlərinin təşkili;

* vətəndaşların informasiya əldə edilməsi və fərdi məlumatların mühafizəsi sahəsində hüquqlarının təmin olunması.

Reyestrin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən aşağıdakı funksiyalar həyata keçirlir:

* Reyestrin fəaliyyətinin təşkili;

* informasiya ehtiyatları barədə və digər xidməti məlumatların Reyestrə daxil edilməsi və təzələnməsi;

* Reyestrdən çıxarışların verilməsi;

* Reyestrə daxil edilmiş informasiya ehtiyatları barədə sənədli arxivin aparılması və saxlanılması;

* Reyestrə barəsində məlumat daxil edilmiş informasiya ehtiyatları haqqında statistik məlumatların və analitik hesabatların hazırlanması;

* Reyestrin internet portalının yaradılması və aktuallaşdırılması;

* Reyestrin dayanıqlı işləməsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi.

Qeyd edək ki, Dövlət Reyestrlərinin formalaşdırılmasında və fəaliyyətində  aşağıdakı prinsiplər əsas götürülür:

* mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;

* informasiyalaşdırma sahəsində milli maraqların və dövlət siyasətinin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsində iştirak edilməsi;

* informasiyanın aktuallığının və təhlükəsizliyinin (mühafizəsi, tamlığı, həqiqiliyi və müraciət imkanı) təmin olunması;

* səlahiyyət və məsuliyyət bölgüsünün müəyyənləşdirilməsi və icrasının təmin edilməsi.

Reyestrlərin formalaşdırılmasına 2012-ci ilin dekabr ayında başlanılmışdır və keçən dövr ərzində 82 dövlət informasiya ehtiyatı və 168 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınmışdır. Hazırda da qurumlarla bu istiqamətdə lazımi işlər aparılır, məlumatlandırma  xarakterli tədbirlər həyata keçirilir və qurumlara mülkiyyətlərində olan informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrlərində qeydiyyata alınması barədə rəsmi müraciətlər göndərilir.

Dövlət reyestrində qeydiyyata alınmış informasiya sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılması məqsədilə MHM tərəfindən mütəmadi olaraq yerlərdə monitorinqlər keçirilir. Sonra hesabatlar hazırlanılır, birgə razılaşdırılır və mövcud texniki, proqram və digər çatışmazlıqlar aradan qaldırırılır.

Eyni zamanda MHM tərəfindən müvafiq prinsiplərə riayət edilməklə qurumların informasiya ehtiyatları arasında “Elektron hökumət” portalı üzərindən informasiya mübadiləsi aparılması, informasiya ehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması, şəffaflığın təmin edilməsi və ümumiyyətlə,  qeyd edilən bütün məqsədlərə çatmaq üçün daima zəruri tədbirlər həyata keçirilir.