You can return to the old version of the website

Open old version

“Azercell Telekom” MMC-nin informasiya sistemlərinin “Elektron Hökumət” portalına qoşulması müzakirə olunmuşdur

3269
Print the text Copy text t1 t0 t2

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 may 2015-ci il tarixli 200 nömrəli qərarına əsasən “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında" 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edimişdir. Belə ki, yeni qərar əsasında telefon nömrələrinin (Sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilmişdir. Tezliklə, yeni qərara uyğun olaraq nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görüləcək və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron  xidmətlərin hazırlanması mümkün olacaq.

Bununla bağlı olaraq, bu gün "Elektron Hökumət" portalının operatoru RYTN MHM-də “Azercell Telekom” MMC-nin nümayəndələri ilə görüş baş tutub. Görüşdə mobil nömrə satışının qərara edilmiş dəyişikliklər üzrə yeni qaydalara uyğun təşkili ilə əlaqədar bir sıra texniki və prosedur məsələlər müzakirə edildi. Görüş çərçivəsində mobil nömrələrin operatorun şəbəkəsində aktivləşdirilməsi ilə bağlı ərizəçiyə aid məlumatların fiziki və hüquqi şəxslər üçün "Elektron Hökumət" portalına qoşulmuş informasiya sistemləri vasitəsilə ilkin mənbədən identifikasiya edilərək operatorların və MHM-in vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra 24 saat müddətində nömrənin aktivləşdirilməsinin təmin olunmasının texniki tərəfləri ətraflı müzakirə edildi.

Portal üzərindən təqdim olunacaq texniki dəstək və imkanlar barədə ətraflı danışıldı. Həmçinin, görüş əsnasında nömrə satışı üzrə cari biznes proses nəzərdən keçirildi. Bu prosedurların yeni dəyişikliklərə uyğunlaşdırılması ilə əlaqədar tətbiq ediləcək texniki təfərrüatlar müzakirə edildi.

Qeyd edək ki, tezliklə, mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi tamamilə avtomatlaşdırılaraq "Elektron Hökumət" portalı üzərindən həyata keçiriləcək.

* Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra "Elektron Hökumət" portalı üzərindən təqdim edilən sosial xidmətlərin çeşidi və keyfiyyəti artacaq;

* "Elektron Hökumət" portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq;

* "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara istənilən  dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək mümkün olacaq;

* "Elektron Hökumət" portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq;

* “Elektron Hökumət” portalında onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq;

və s.