You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalı valideynlərin də işini asanlaşdırır...

2738
Print the text Copy text t1 t0 t2

Yeni rəqəmsal metodların ənənəvi idarəçilik metodlarını əvəz etdiyi zamanda Respublikamızda uşaqlar və valideynlər üçün də səmərəli elektron mühit mövcuddur. Hazırki vaxtda elektron xidmətlərin inkişafı məhz yeni nəslin tələbləri əsasında aparılır. Evdəki 3 yaşlı uşaqdan başlayaraq, cəmiyyətin yaşca ən kiçik üzvlərinin elektron cihazlara və vasitələrə olan böyük marağını nəzərə alsaq, elektron transformasiya uşaqların perspektivindən inkişaf etdirilməlidir.

Bildiyiniz kimi, bu gün "Elektron Hökumət" portalı cəmiyyətin müxtəlif statuslu üzvlərinə elektron xidmət göstərən vahid xidmət məkanıdır. Portalda cəmiyyətin yaşca ən kiçik üzvləri ilə bağlı müxtəlif məzmunlu e-xidmətlər mövcuddur. Belə elektron xidmətlər vaxtaqənaət və əlavə enerji sərfinin qarşısını alaraq valideynlərə öz uşaqlarına daha çox qayğı göstərmək imkanı yaradır.

Beləki, portal üzərindən valideynlərə təqdim olunan xidmətlər doğumun qeydiyyatından tutmuş körpəyə adın seçilməsi zamanı adın mənasının araşdırılmasına qədər bütün imkanları onlayn olaraq əldə etmək imkanı verir. Uşaqların sağlam inkişafı üçün çox mühüm olan profilaktik peyvəndlər  və dərman vasitələri barədə məlumatları valideynlər portal üzərindən öyrənə bilərlər. Həmçinin, övladlığa uşaq götürməyi qərara alan valideynlərə portal vasitəsilə aidiyyatı quruma elektron müraciət etmək imkanı verilir.

Hazırda, "Elektron Hökumət" portalı üzərindən xüsusilə körpə sahibi olan valideynlər üçün aşağıdakı e-xidmətlər təklif olunur:

  • * Doğumun qeydiyyatı üçün elektron müraciət
  • * Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
  • *  “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi
  • * Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
  • * İmmunoprofilaktika üzrə məlumatın verilməsi
  • * Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi
  • * Dərman vasitələri haqqında məlumatın verilməsi
  • * Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi
  • * Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət
  • * Övladlığa götürmək üçün elektron müraciət
  • * Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu
  • * Azərbaycan adları barədə məlumatın verilməsi
  • * Atalığı müəyyən etmək üçün elektron müraciət

Bu gün portal üzərindən e-xidmətlərin istifadəsinə və daxil olan müraciətlərə  nəzər saldıqda belə bir paradoks müşahidə edilməkdədir. Gənc valideynlər portal vasitəsilə uşaqlarını xidmətlə təmin etdikləri halda, əksər valideynlərin "Elektron Hökumət" portalı üzrə bələdçiləri məhz müasir komputer biliklərinə yiyələnmiş övladlarıdır. Bu prizmadan yanaşsaq görərik ki, elektron xidmət istifadəçilərinin əksəriyyəti məhz elə yeniliyə tez uyğunlaşan və gələcəyimiz olan uşaqlardır.