You can return to the old version of the website

Open old version

Elektron Hindistan üzrə rəqəmsal idarəçilik strategiyaları

2176
Print the text Copy text t1 t0 t2

Elektron Hindistanda "E-Kranti"nin rolu

Hindistanda "Elektron  İdarəçilik" ilə bağlı bütün proseslər "E-Kranti", yəni e-transformasiya çərçivəsində təşkil olunur. Beləki, "E-kranti" konsepsiyası və komponentləri Nazirlər Kabinetinin 25.03.2015-ci il tarixdə  keçirilmiş iclasında təsdiqlənmişdir. Bununla, "E-Kranti"nin perspektivləri, missiyası və əsas prinsipləri, Konsepsiya və Metodologiyası, Proqram İdarə Strukturu eləcə də, 44 Missiya Layihələri və  əsas İKT infrastrukturu daxil olmaqla bütün icra strategiyaları qəbul olunmuşdur. Bütün dünyada olduğu kimi Hindistanda da "E-Kranti"nin uğurlu icrası sadə və səmərəli idarəçilik üçün böyük əhəmiyyət kəsb edir.

"E-Kranti"nin yaradılmasında məqsəd:

  • * transformasiya və nəticə yönümlü e-idarəçilik təşəbbüsləri üzrə Milli İdarəçilik Planının yenidən müəyyənləşdirmək;
  • * vətəndaş yönümlü xidmətlərin genişləndirilməsi;
  • * informasiya-kommunikasiya texnologiyalarının optimal istifadəsini təmin etmək;
  • * e-idarəçilik tərtibatlarının hazırlanması və inteqrasiyasını sürətləndirmək;
  • * meydana çıxan texnologiyaların imkanını artırmaq;
  • * sürətli icra modellərindən daha çox faydalanmaq.

"E-Kranti"nin əsas prinsipləri:

  • Ənənəvi idarəçilik metodlarının yenilənməsi deyil kökündən dəyişilməsi- "E-kranti" çərçivəsində bütün layihə təklifləri ictimai xidmətlərin keyfiyyət, kəmiyyət və təqdim etmə tərzini kökündən dəyişməlidir. Bu layihələr ictimai xidmətlər sahəsində məhsuldarlığın və rəqabətliliyin artması ilə nəticələnməlidir.
  • Ayrı-ayrı deyil birlikdə - inteqrasiya olunan xidmətlərin vətəndaşlara çatdırılmasını sadələşdirmək məqsədilə ümumi proqram təminatları, server prosesləri və əməliyyat sistemlərinin ümumi inteqrasiyası tələb olunur.
  • Hər bir missiya layihəsi üçün idarəçilik proseslərinin yenidən formalaşdırılması məsələsi mütləqdir - idarəçilik proseslərinin yenidən formalaşdırılması mövcud missiya baxımından dəyərləndirilməli və inkişaf etdirilməlidir.
  • Tələblər əsasında İKT strukturları - dövlət qurumları ilə əlaqə, bulud və mobil platformalar kimi İKT strukturları ilə təmin olunmalıdırlar. Bu baxımdan, hədəfə nail olmaq üçün Milli İnformasiya İnfrastrukturunun işi layihənin lap başlanğıcından sürətləndirilməlidir.
  • Bulud- tərtibatların hazırlanması zamanı bulud texnologiyalarının təmin etdiyi elastiklik, cəldlik və səmərəlilik mümkün edilməlidir. Hökumət buludu bütün qurumlar üçün standart olacaq. İdarə etmə üzrə bütün informasiyalar buludda saxlanılmalıdır. Hər hansı bir qurumun buluddan istifadəsi müvafiq qurum tərəfindən təlimatlandırıldıqdan sonra təmin edilməlidir.
  • Mobil - bütün tərtibatlar mobil vasitələrə uyğun hazırlanmalıdır.
  • Çevik icra- Təfərrüatlı Layihə Hesabatı səlahiyyətli qurum tərəfindən təsdiqlənən kimi Missiya Layihələri üzrə çevik təsdiq mexanizmlərinin qurulması üçün aidiyyatı nümayəndələrdən ibarət səlahiyyətləndirilmiş komitə sonrakı qərarın verilməsi üçün səfərbər olmalıdır.
  • Tapşırıq standartları və reqlamentləri- Qüvvədə olan bütün e-hökumət layihələri E-hökumət standartlarına və protokollarına uyğun şəkildə aparılmalıdır.
  • Dil - E-hökumət layihələri hindistanın rəsmi dillərində olmalıdır.
  • Milli Coğrafi İnformasiya Sistemi- e-idarəçilikdə platforma və xidmət kimi mümkün edilməlidir.
  • Təhlükəsizlik və məlumatların elektron mühafizəsi- Bütün onlayn tərtibatlar və xidmətlərin fəaliyyəti kiber təhlükəsizlik daxil olmaqla, müəyyən olunmuş təhlükəsizlik tədbirləri üzrə təşkil olunmalıdır.

Milli "Elektron Hökumət" portalı - Hindistanın milli elektron hökuməti (http://india.gov.in) portalı 9 il bundan əvvəl 2005-ci ildə fəaliyyətə başlamışdır. Portalın hazırlanması 4 mərhələni əhatə edir:

Mərhələ 1- portalın konseptinin və planının hazırlanması;

Mərhələ 2-portalın birinci versiyasının hazırlanması;

Mərhələ 3-portalın infrastrukturunun qurulması və hind dilində olan versiyasının təqdimi;

Mərhələ 4-məzmunun beynəlxalq ictimaiyyətə açıq edilməsi və digər qurumlar tərəfindən təqdim olunan xidmətlərin onlayn interfeysinin təmini.

Milli Elektron Hökumət portalına daxil olmaqla Hindistan və  e-İdarəçilik üzrə bütün mühüm məlumatları (tarixi, qanunvericilik, statistik və s.) tapmaq mümkündür. "İnsan qrupları" bölməsinə daxil olduqda birliklər və yaş dövrləri kimi iki ayrı seçim mövcuddur. Birliklər bölməsində biznes, tələbə, qadınlar, kişilər, qeyri-rezident və sair kimi başlıqlarda qruplaşdırılmış informasiyalarla tanış olmaq olar.  Yaş dövrləri bölməsində uşaqlar,  gənclər və böyüklər üçün faydalı məlumatlar yerləşdirilib.

Portalın əsas hissəsi, yəni elektron xidmətlər hissəsi "formalaşdır/göndər", "xidmətlərdən faydalan", "sifariş et", "məlumat əldə et", "dəstək", "yardım et", "paylaş/axtar", "müraciət et", "yoxla/izlə", "qeydiyyatdan keç", "cavablandır" bölmələrini əhatə edir.

"Sifariş et"- Bu bölmə vasitəsilə istifadəçi təyyarə, qatar, avtobus, gəmi və s. biletlərini sifariş edə, həmçinin, otel, qonaq evi, səyahət turları rezervasiya edə bilər.

"Dəstək"- Bu bölmə dövlət qurumları tərəfindən təmin edilən müxtəlif qaynar xəttlər barədə məlumat verir. Həmin qaynar xəttlər vətəndaşlara telefon və SMS əsaslı xidmət təmin edir.

"Yardım et"- Bu bölmə vasitəsilə vətəndaşlar ehtiyacı olanlara yardım etmək məqsədilə mərkəzi və dövlət qurumlarının xeyriyyə fonduna ianə köçürə bilər.

"Paylaş/Axtar"- İstifadəçi bütün xidmətlərlə bağlı sorğu, müraciət, əks əlaqə, təkliflərini bu bölmədə təklif olunan onlayn formanı doldurmaqla reallaşdıra bilər.

"Müraciət et"- Bu bölmə vasitəsilə istifadəçi daimi hesab nömrəsi, vergi ödəmək üçün hesab nömrəsi, pasport və sair kimi sosial xidmətlər üçün onlayn müraciət edə bilər.

"Yoxla/İzlə"- Bu bölmə vasitəsilə vətəndaş dövlət qurumlarına etdiyi müraciətlərin cari statusunu öyrənə bilər.

"Qeydiyyatdan keç"- bu bölmə vasitəsi ilə vətəndaş müxtəlif hökumət səhifələrindən qeydiyyatdan keçə, eləcə də, təhsil, nəqliyyat, iş mübadiləsi və sair kimi sahələr üzrə qeydiyyat prosedurları barədə məlumat əldə edə bilər.

Portalın istifadəçi yönümlü məzmunu vasitəsilə 5000-dən artılq e-xidmətə giriş mümküb edilib. Portal üzərindən 6700 hökumət veb səhifələrinə keçid etmək mümkündür. Hindistan Milli Elektron Hökumət portalına daxil olan ziyarətçilərin orta aylıq göstəricisi 800.000-dir. Bu rəqəmin 28 faizini beynəlxalq ziyarətçilər təşkil edir. İnformativ, eləcə də, interaktiv xidmətlərlə zənginliyinə, həmçinin istifadəçi yönümlü məzmunu görə bir çox beynəlxalq nominasiyalara layiq görülüb.