You can return to the old version of the website

Open old version

Azərbaycan Sənaye Bankı ASC elektron arayışlardan istifadəyə başladı

2064
Print the text Copy text t1 t0 t2

İlk dəfə "Elektron Hökumət" portalının operatoru RYTN -nin Məlumat Hesablama Mərkəzi tərəfindən tətbiq olunan, şəffaf idarəçilik vasitələrindən biri kimi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilən elektron arayışlardan istifadə edən bankların sayı  artmaqdadır. Bu gündən etibarən "Azərbaycan Sənaye Bankı" ASC gündəlik iş proseslərini eləcə də, vətəndaşların kredit müraciətlərini sadələşdirmək məqsədilə e-arayışların tətbiqinə keçəcək. Sözügedən bankın müştəriləri yalnız şəxsiyyət vəsiqəsilə iş yerindən, yaşayış yeri üzrə və digər lazımi arayışları yerindəcə elektron (onlayn) şəkildə formalaşdıraraq, kreditlərini rəsmiləşdirə biləcəklər.

"Elektron arayış"-ları aktuallaşdıran üstünlüklər aşağıdakılardır :

- Günün istənilən vaxtında, istənilən yerdən əldə etmək mümkünlüyü;

- Vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi;

- Əks olunan informasiyanın tamlığı;

- Hüquqi əsasının QR kod və ştrix kodla təsdiqi;

- Aidiyyatı şəxs tərəfindən arayışın mövcudluğunun yoxlanılması.

Qeyd edək ki, hazırda 20-dən çox bank  və bir neçə lizing şirkətləri müştərilərinin müraciətlərini elektronlaşdıraraq, zəruri rəsmiləşdirmə prosedurlarını "Elektron Hökumət" portalı üzərindən icra etməkdədir.