You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalında liderlik edən xidmət təminatçıları

4501
Print the text Copy text t1 t0 t2

Amerika yazıçısı Hilyam Hibson “kiberməkan ” terminini ilk dəfə işlədərək “gələcək artıq burdadır, sadəcə bu gələcək bir qədər qeyri müntəzəm paylanmışdır” söyləmişdir. Nəzərə alsaq ki, müasir insanlar həyatlarının böyük hissəsini onlayn dünyada yaşayır demək ki, gələcək elektron xidmətlərdən, yeni informasiya kommunikasiya texnologiyalarından düzgün istifadə etməkdədir. Bir sözlə, artıq hər şey mobilləşməkdə, hər şey vaxta qənaətdədir. "Elektron Hökumət portalı isə vətəndaşa daha yaxın, daha ucuz, daha keyfiyyətli və şəffaf həyata keçirilən elektron xidmətlər təqdim edir.

Belə ki, artıq 85 qurum portala inteqrasiya edilmişdir. Bunlardan 50-si dövlət qurumları digərləri isə kommersiya və qeyri dövlət təşkilatlarıdır. Bu gün "Elektron Hökumət" portalı üzərindən 42 dövlət qurumu tərəfindən 409 elektron xidmət vətəndaşların ixtiyarına verilib. Hər bir qurumda olan xidmətlər həm də, vətəndaşları  həmin sahə ilə bağlı informasiya ilə təmin edir. Biz isə bir vətəndaş olaraq bu xidmətlərdən yararlanma vərdişinə yiyələnməliyik.

Son vaxtlar virtual dünyanın şəxsiyyət vəsiqəsi olan e-imzadan  həm dövlət, həm də biznes strukturlarında elektron sənəd mübadiləsində istifadə, eləcə də bu strukturlar tərəfindən təqdim edilən elektron xidmətlərın tətbiqi sürətlənmişdir. Məsələn, bu günə qədər 35915 e-imza istifadəyə veilib. Onlardan 21795 dövlət qurumlarının , 6385 hüquqi şəxslərin, 7735 vətədaşların payına düşür. "Elektron Hökumət”in və elektron sənəd mübadiləsinin açarı kimi e-imza kartı təkcə sənəd imzalamaq funksiyasını yerinə yetirmir. Həmçinin, bir çox proqramların, elektron xidmətlərin giriş elementini təşkil edir. E-imza kartı ilə aparılmış proseslərin təhlükəsizliyinə, inkar edilməzliyinə tam zəmanət verilir. E-imza kartı şəxsin elektron imzası olmaqla yanaşı onun bir çox elektron proqramlardan istifadəsi üçün şəxsi açarı rolunu oynayır.

 “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən, avqust ayı ərzində ən çox  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə olunub. Belə ki, qurumun elektron xidmətlərindən  524303 dəfə istifadə edilib. Qeyd edək ki, ay ərzində TQDK-nın ən çox istifadə olunan xidməti "Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu"dur.

Xidmətlərinin istifadə statistikasına görə ikinci olan qurum  Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirliyin ən çox müraciət edilən e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI qeydiyyatının yoxlanılması”, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və s. xidmətlərdir.  Avqust ayında nazirliyin xidmətlərindən istifadə sayı 277996-a çatıb.

Dövlət Sosial Müdafiə Fondunun 12 sosial  xidməti “Elektron Hökumət” portalına inteqrasiya edilib. Bu xidmətlər vasitəsilə  heç yerə getmədən, istənilən vaxt hesabınıza yatırılan dövlət sosial siğorta haqqı barədə məlumat əldə etmək, işlənilən illər üzrə pensiya kapitalı barədə məlumatı öyrənmək olar. Bundan başqa sosial tələbat yüksək olan  “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanlara məlumatın verilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”  xidmətlərindən istifadə edə, həmçinin, DSMF-nin e-xidmətlərindən faydalanaraq məcburi dövlət sosial sığorta vəsaitini portal üzərindən onlayn şəkildə ödəyə bilərsiniz. DSMF-nin sosial tələbat kifayət qədər yüksək olan bu və digər xidmətlərindən avqust ayı ərzində 215419 dəfə istifadə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqət sayəsində demək olar ki, portaldakı e-xidmətlərdən istifadə statistikasında mütəmadi olaraq ön yerlərdə olur. Avqust ayının statistikasına əsasən ƏƏSMN-nin xidmətlərindən 151946 dəfə istifadə edilib. ƏƏSMN tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi" xidməti  daha çox müraciət edilən xidmətlərdəndir. 

Məlum olduğu kimi, tez-tez vətəndaşlarımızdan müxtəlif qurumlar tərəfindən çoxlu sayda arayışlar və sənədlər tələb olunur. Bu arayışları isə əldə etmək və adiyyatı quruma təqdim etmək insanlardan vaxt və enerji tələb edir. Eyni zamanda bu proses müxtəlif neqativ hallara və sründürməçiliyə gətirib çıxarır.   Portalda cəmi bir ildir yaradılan "Elektron arayışlar" xidməti vasitəsilə artıq vətəndaşlar 9 növ arayışları dövlət qurumuna getmədən elektron hökumət portalından asanlıqla əldə edə bilirlər. Qeyd edək ki, hazırda 20-ə yaxın bank və bir neçə kredit təşkilatları bu xidmətdən  faydalanaraq kreditləşmə əməliyyatlarını həyata keçirirlər. Vətəndaşlar  portal üzərindən  e-arayışları formalaşdıraraq banklara və  kredit təşkilatlarına təqdim edərək, vaxt itirmədən rahat və şəffaf şəkildə istəklərinə nail olurlar. Qeyd olunan üstünlüklərinə görə təkcə avqust ayı ərzində “Elektron Hökumət” portalının təqdim etdiyi elektron arayışlardan 49886 dəfə istifadə olunub. Kifayət qədər böyük olan bu rəqəm elektron arayışlara sosial tələbatın yüksək olduğundan xəbər verir ki, bu da elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsini zəruri edir.