You can return to the old version of the website

Open old version

“Elektron hökumət” portalında şəxsi kabinet formalaşdırılır

247549
Print the text Copy text t1 t0 t2

      “Elektron hökümət” portalı addımladığı yeni inkişaf mərhələsində vətəndaşların maraqlarını diqqət önündə saxlayaraq işlərini istifadəçi məmnuniyyəti üzərində qurmağa çalışır. Nəzərdə tutulmuş mühüm tədbirlərdən biri də istifadəçilərin portalda şəxsi kabinet formalaşdıra bilmələridir. Bunun üçün dövlət qurumlarında informasiya ehtiyatlarının müəyyənləşdirilmiş tələb və standartlara uyğun elektron formaya gətirilməsi və FİN-ə uyğunlaşdırılması vacib şərtdir və Nazirlər Kabinetinin 118 nömrəli 01 may 2014-cü il tarixli qərarı sırf bu məqsədə xidmət edir.

     Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. İşıq, qaz və su abunəçiləri üzrə məlumat bazaları aidiyyatı Kommunal İdarələrdən alınaraq telefon abunəçiləri üzrə və Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələri üzrə məlumat bazası ilə üzləşdirilmiş və uyğunluq tapılan abunəçi kodlarına səhər telefon nömrəsi və FİN kod əlavə edilmişdir. Bunun nəticəsində portalda RYTN üzrə yerləşdirilmiş “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar kommunal kodları daxil etmədən, yalnız telefon nömrəsini daxil etməklə kommunal xidmət borclarını da rahatlıqla ödəyə bilirlər.

      Hazırda qurumların informasiya ehtiyatlarının “Elektron hökümət” portalına inteqrasiya edilməsi, müvafiq servislərin hazırlanıb portalda istismara verilməsi ilə bağlı ciddi işlər aparılır. Bu sahədə işlər yekunlaşdıqdan sonra istifadəçilər portalda şəxsi kabinetlərini formalaşdıra biləcəklər və kabinetə daxil olarkən özünə aid  bütün məlumatları (şəhər və mobil telefon borcları, kommunal xidmət borcları, yol hərəkət qaydalarının pozulmasına görə cərimələr və cərimə balları, öz adına olan daşınmaz əmlak, şirkət, vergi borcları və s.) asanlıqla əldə edə biləcəklər.  

      Ümumiyyətlə, “Elektron hökümət” portalı üzərindən qurumlararası informasiya mübadiləsi tam şəkildə təmin olunduqdan sonra vətəndaşlarla dövlət qurumları arasında birbaşa əməkdaşlıq zəifləyəcək, həm də əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi və  keyfiyyəti yüksəlmiş olacaq.