You can return to the old version of the website

Open old version

Sumqayıt Dövlət Universitetində tələbələrlə "Elektron hökumət və gənclər" mövzusunda seminar keçirildi

1963
Print the text Copy text t1 t0 t2

Bu gün "Elektron Hökumət" portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən Sumqayıt Dövlət Universitetində  tələbələr üçün "Elektron Hökumət" mövzusunda seminar təşkil olundu. Seminarda MHM-in şöbə müdiri İlqar Abdullayev, MHM-in baş mütəxəssisi Nadir Rəsulov mühazirəçi qismində çıxış etdilər.

Seminar  İlqar Abdullayevin çıxışı ilə açıq elan edildi. O, “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları üzrə prezentasiya üzrə geniş məlumat verdi. Şöbə müdiri "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdi, "Elektron Hökumət"in infrastrukturu, "Elektron Hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verdi.  Məruzəçi  "Elektron Hökumət" quruculuğunun ictimai mahiyyətini və üstünlüklərini açıqladı və  qeyd etdi ki, portal üzərindən təqdim olunan bir çox elektron xidmətlər məhz gənclər üçün nəzərdə tutulmuşdur. Vurğulandı ki, Azərbaycan gəncliyi gələcəyimizin təminatçılarıdır, biz onlara inanırıq və həyatlarının hər bir pilləsində onlara mümkün qədər dəstək olmağa çalışırıq.

Sonra, MHM-nin baş mütəxəssisi Nadir Rəsulov öz çıxışında e-imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının e-sənəd mübadiləsində rolundan bəhs etdi. O, MHM-nin Milli Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən e-imza sertifikatlarının iqtisadiyyatda tətbiq olunduğu sahələr və cari istifadə statistikası haqqında danışdı. Məruzəçi yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti, eləcə də e-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin mühüm rol oynayacağını xüsusilə vurğuladı.

Daha sonra “Elektron Hökumət” portalının əməkdaşı Günay Hüseynova  portalda tələbələr üçün maraqlı olan və daha çox istifadə olunan e-xidmətləri (elektron arayışlar, elektron ödənişlər və s.)  real rejimdə test edərək nümayiş etdirdi.

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdi. Seminarda aktiv iştirak edən tələbələr hədiyyələrlə mükafatlandırıldı. Həmçinin, seminar iştirakçılarına portaldan istifadə üçün kod/parollar verildi.

Qeyd edək ki, belə seminarların keçirilməsində məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və sair barədə ətraflı informasiya vermək və onlara praktiki biliklərin aşılanmasıdır.