You can return to the old version of the website

Open old version

Unibank "Elektron Hökumət" portalı vasitəsilə vətəndaşlara yeni innovativ xidmətlər təqdim etməyi planlaşdırır

2948
Print the text Copy text t1 t0 t2

Xəbər verdiyimiz kimi, ötən ilin oktyabr ayından "Elektron Hökumət” portalı ilə əməkdaşlıq edən "Unibank” Kommersiya Bankı ASC (Unibank) artıq bir ildir ki, kreditlərin sənədləşdirilməsi üçün portalın elektron arayış xidmətindən istifadə edir. Bu gün "Elektron Hökumət” portalı və Unibankın mütəxəssisləri arasında baş tutmuş görüşdə vətəndaşlar üçün daha innovativ elektron xidmətlərin hazırlanması  məsələsi müzakirə olunmuşdur.

Belə ki, mövcud iqtisadi şəraiti nəzərə alaraq Unibank kreditlərin ayrılması istiqamətində risklərin azalmasına dair daha ciddi tədbirlərin alınması üçün müştərilər barədə daha ətraflı informasiyanın toplanılmasını planlaşdırır. Bununla əlaqədar Unibank vətəndaşlar qarşısında əlavə sənəd tələbi qoymaq kimi ənənəvi üsul əvəzində, vətəndaş tərəfindən bu arayışların portal vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır. Bununla da, artıq kredit üçün müraciət edən vətəndaşın ödəmə qabiliyyətini daha ətraflı təhlil etmək və düzgün dəyərləndirmə aparmaq mümkün olacaq.

Eləcə də, Unibank özünün bir sıra onlayn xidmətlərini ölkənin vahid elektron xidmət məkanı olan "Elektron Hökumət" portalına inteqrasiyas etməklə, bu xidmətləri vətəndaşlar üçün əlçatan edərək prosesi sadələşdirməyi planlaşdırır.

Görüşdə həmçinin, elektron imzanın imkanları, onlayn imzalama vasitələri və bunun üstünlükləri, bank müştəriləri ilə onlayn sənəd mübadiləsi təşkili məsələləri  müzakirə edilmişdir.