You can return to the old version of the website

Open old version

“HP” (Hewlett-Packard) şirkətinin tərəfdaşı kimi MHM-nin əldə edəcəyi üstünlüklər

1872
Print the text Copy text t1 t0 t2

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi fəaliyyətinin bütün istiqamətlərini beynəlxalq standartlar çərçivəsində qurmaqla yanaşı aparıcı İT şirkətlərlə də əlaqələrini genişləndirmək istiqamətində işlər aparır. Məlumat verdiyimiz kimi, yaxın günlərdə RYTN-nin MHM öz inkişaf mərhələsində növbəti addım atmış, dünyanın nəhəng proqram təminatçısı olan “Microsoft” şirkətinin Gümüş tərəfdaşlardan biri olmuşdur. Bununla da, "Microsoft"un bütün tələblərinə uyğun iş prosesini müvafiq standartlara uyğun təşkil edən Məlumat Hesablama Mərkəzi, proqram təminatının inteqrasiyası üzrə “Microsoft”un sertifikatlaşdırılmış təcrübəsini əldə edib.

Bu gün Məlumat Hesablama Mərkəzi informasiya texnologiyaları sahəsində dünyanın ən iri şirkətlərindən biri olan “HP” (Hewlett-Packard) şirkətinin Azərbaycan nümayəndəliyi ilə görüş keçirib. Görüşdə HP-nin partnyorları sırasına qoşulmaq üçün tələb olunan sertifikatlaşdırma prosesləri, standartlar müzakirə edilib. Həmçinin, standart olmayan avadanlıqlar, serverlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi gündəmə gətirilib.

Görüş çərçivəsində "HP"-nin MDB-də təhsil proqramlarının biznesinin inkişaf rəhbəri Elvira Sapojnikova və "HP" şirkətinin Azərbaycan nümayəndəliyinin mütəxəssisi Məmməd Əliyev müəssisənin infrastrukturu, server və avadanlıqların saxlanılması  ilə yaxından tanış oldu.  

"HP" şirkətinin dəstəyi ilə müəssisədə sertifikatlaşdırılmış mütəxəssis hazırlığı üçün Elm-Tədris Mərkəzinin yaradılması planlaşdırılıb. MHM "HP"-nin sertifikatlaşdırılmış tərəfdaşı kimi lokal onlayn kurslar, virtual labaratoriyalar və müstəqil təhsil resurslarından faydalanmaq imkanına sahib olacaq. Öz növbəsində bu tərəfdaşlıq müəssisənin işinin səmərəliliyini artmasına, texniki və marketinq bacarıqlarının yüksəlməsinə xidmət edəcəkdir.

MHM-nin “HP” (Hewlett-Packard) şirkəti ilə strateji tərəfdaşlığı ölkəmizdə müasir texnologiyaların inkişafına təkan verəcək, həmçinin, tətbiq olunacaq texnologiyaların "Elektron hökumət" quruculuğu, elektron xidmətlərə tətbiq olunması xidmət məkanı kimi portalın potensialını daha da artıracaq.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron Hökumət" portalının operatorudur.