You can return to the old version of the website

Open old version

Amerikanın “Elektron Hökumət” portalı (www.usa.gov) vasitəsilə vətəndaşların əldə etdiyi xidmətlər

2696
Print the text Copy text t1 t0 t2

Amerika Birləşmiş Ştatlarında "Elektron Hökumət" həlləri idarəçiliyin təkmilləşdirilməsi və vətəndaşlarla əks əlaqəni inkişaf etdirmək məqsədilə tətbiq olunur. Bu istiqamətdə işlərə hələ 1990-cı illərdə başlayan federal dövlət rəsmi "Elektron Hökumət" portalını 2000-ci ildə istifadəyə vermişdir. Elektron xidmət portalı ilk olaraq FirstGov.gov adı altında fəaliyyətə başlamışdır və 2010-cu ildə portalın adı dəyişdirilərək usa.gov adlandırılmışdır. Həmin ildə istifadəçilərin yeni mobil proqram vasitəsi ilə sosial xidmətlərdən istifadəsi üçün saytda bir çox düzəlişlər edilmişdir.

Portal üzərindən vətəndaşların ən çox istifadə etdiyi elektron xidmətlər  "Ən Məşhur" bölməsində qruplaşdırılır:

* İnamlı səyahətçi proqramı

* Pasportun yenilənməsi

* Pasport üçün müraciət

* Səyahətlə bağlı əlavə məlumatlar

Sərnişinlərin təcrübəsi üzərində hazırlanmış "İnamlı səyahətçi proqramı" vasitəsilə vətəndaşlara ölkədən ştatlara, Kanadaya, Meksikaya və digər beynəlxalq ölkələrə ən sərfəli uçuş marşrutları təklif olunur. Bölmədə uçuş marşrutları üzrə tariflər müqayisəli cədvəldə əks olunur. Pasportun yenilənməsi xidməti ən aktual xidmətlərdəndir. Amerika və ya Kanadada yaşayan vətəndaşlar pasportlarını poçt vasitəsi ilə yeniləyə bilirlər.Bunun üçün, müvafiq linkə daxil olduqdan sonra müraciət formasını çap etmək,  əl ilə doldurduqdan sonra tələb olunan bütün sənədlərlə birlikdə göstərilən ünvana göndərmək lazımdır.

Məşğulluqla bağlı hazırlanmış digər bir qrup "İş Tapmaq" bölməsində internatura, könüllü iş, işlə bağlı bütün məlumatları əldə etmək olar.

Saytda yerləşdirilmiş “Pul və Kredit” bölməsinə  ödənilməmiş pul, kredit hesabatı, ödənişlər üzrə çıxarış kimi elektron xidmətlər təklif olunur. Ödənilməmiş pul dövlət tərəfindən ödənilən, lakin vətəndaş tərəfindən istifadə olunmayan məbləğlərə aiddir. Kredit hesabatına vətəndaşın  ödəniş tarixçəsi, kreditlər, cari borc və digər maliyyə borcları haqqında məlumatlar daxildir. Hesabatda iş, yaşayış, məhbusluq, iflas  barədə məlumatlar da öz əksini tapır. Kreditin hesabatı banklar tərəfindən kreditin ayrılması və faizin müəyyənləşdiriməsi zamanı istifadə olunur.

"Amerika Birləşmiş Ştatlarına immiqrasiya et" bölməsində isə viza almaq, qaçqın və məcburi köçkünlər tərəfindən onlayn müraciət etmək, habelə immiqrasiya ilə bağlı digər məlumatları əldə etmək imkanları yaradılmışdır.

Amerikanın "Elektron Hökumət" portalında kommunal xidmətlərdən tutmuş bütün xidmət sahələri üzrə elektron xidmətlər cəmlənmişdir. Portal real xidmət məkanı kimi bütün federal agentliklərlə, ştatlarla əlaqəlidir və Amerika hökumətinin ən əhatəli saytıdır.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında "Elektron Hökumət" sistemi daima təkmilləşir və Amerika vətəndaşları bu prosesdə yaxından iştirak edirlər.