You can return to the old version of the website

Open old version

“Daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbir keçirilir

2431
Print the text Copy text t1 t0 t2

Bu gün Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlığı çərçivəsində "BMT-nin AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu" mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb. Seminarın keçirilməsində məqsəd BMT AİK-ə üzv olan 56 dövlətdə daşınmaz əmlak/torpaq idarəçiliyi çəçivəsində sahəvi reyestr və kadastrların (daşınmaz əmlak, torpaq, meşə, su, faydalı qazıntı və s.) aparılması prinsipləri, reyestrdəki məlumatların elektron uçotu üzrə informasiya sistemlərinin qurulması qaydaları, onlar arasında qarşılıqlı əlaqə, elektron xidmətlər, bu sahədəki qanunvericilik bazası və Azərbaycan reallığı üçün aktual hesab edilən bir sıra digər istiqamətlərdə təcrübələrin təqdim olunması, mövcud çətinliklər və onların həlli yolları, habelə bu sahələrdə birgə fəaliyyət imkanları haqqında geniş müzakirələrin aparılmasından ibarətdir.

Tədbirdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, BMT-nin baş katibinin müavini, BMT AIK-in icraçı katibi Kristian Fris Bax, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, BMT-nin ərzaq ve kənd təsərrüfatı təşkilatının daşınmaz əmlak idarəçiliyi IT üzrə baş mütəxəssis Rumyana Tonçovska, BMT-nin Aik-in mənzil təsərrüfatı və daşınmaz əmlakın idarə edilməsi komitəsinin sədri Yelena Szolqayova iştirak edirlər. Tədbirdə həmçinin, ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Portuqaliya, İrlandiya, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Rusiya, Norveç və digər ölkələrin nümayəndələri də iştirak edir.

Seminar çərçivəsində AR Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxış edərək qeyd etdi ki, cari ilin 9 ayı ərzində ölkənin iqtisadiyyatı 3.7 % artmış, qeyri-neft sektorunun inkişaf dinamikası 10% yüksəlmişdir. Kənd təsərrüfatı sahəsində isə 6.7% artım qeydə alınmışdır. Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollardan çox sərmayə qoyulmuş, 87 min yeni iş yeri açılmışdır. 9 ay ərzində əhalinin gəliri 5.8 % yüksəlmişdir.Belə inkişaf dinamikası çərçivəsində Azərbaycan əhalisinin gəlirləri son 10 il ərzində 7 dəfə artmışdır.

Ölkədə cərəyan edən elektronlaşma prosesində bəhs edən K.Həsənov daşınmaz əmlak/torpaq reyestrlərinin təşkilinin sosial mahiyyətini açıqlamış, bu mərhələdə əmlak münasibətlərində ciddi dəyişiklərin baş verdiyini vurğulamışdır. Qeyd olunan 9 ay ərzində dövlət əmlakının səmərəli idarəsinin təşkili üçün şəffaf sistemin yaradılması sosial-iqtisadi siyasətin bariz nəticələrindən olduğunu söyləmişdir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə dünyanın inkişafının torpağın əhəmiyyətindən danışdı.Həmçinin, dünya iqtisadiyyatının inkişaf tempinin zəiflədiyi dövrdə ölkəmizdə sosial proqramların dayandırılmadığını, bu sahəyə 2 milyarddan çox vəsait ayrıldığını söylədi.

Daha sonra AİK-in Mənzil təsərrüfatı və daşınmaz əmlakın idarə edilməsi Komitəsi ilə canlı telekörpü yaradılıb və Komitənin sədri Yelena Szolgayova AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun fəaliyyətindən danışıb.

Beynəlxalq tədbirdə Azərbaycan, Almaniya, Sloveniya, Böyük Britaniya, Norveç, Danimarka, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Ukrayna, Rusiya, Xorvatiya, İsveç, Moldovadan olan nümayəndələrin daşınmaz əmlak idarəçiliyi, sahəvi reyestrlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı çıxış və təqdimatları olub.

Qeyd edək ki, "Elektron Hökumət" portalının nümayəndəsinin də iştirak etdiyi tədbir iki gün davam edəcək. Toplantı çərçivəsində "Google texnologiyaları və mümkün peyk təsvirlərin inteqrasiyası vasitəsilə torpaqların qiymətləndirilməsi və monitorinqini həyata keçirmək üçün sərbəst və açıq mənbə proqramı təminatı" mövzusunda peşəkar dərslərin keçirilməsi gözlənilir.