You can return to the old version of the website

Open old version

"Elektron Hökumət" portalından əldə edilən elektron arayışların (çıxarışların) əhatə dairəsi genişlənir

11185
Print the text Copy text t1 t0 t2

Ölkəmizdə elektronlaşmanın inkşaf səviyyəsi günbəgün artır və artıq kağız üzərində olan bir çox sənədlərin  elektron versiyası mümkün edilməkdədir. Son dövrlərdə elektron arayışlar(çıxarışlar) portalda ən çox istifadə olunan olunan xidmətlərdəndir. Buna görə də sosial tələbatın çox olduğu elektron çıxarışların əhatə dairəsi getdikcə genişlənir. Bu günə qədər portal üzərindən əhaliyə 9 adda elektron çıxarış təqdim edilirdisə, hazırda Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi yeni "Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsin lisenziyaları haqqında arayışlar” xidməti də portalın istifadəçilərinə təqdim olunur. Artıq hər bir Azərbaycan vətəndaşı aşağıda göstərilən 10 adda elektron çıxarışı portal üzərindən formalaşdıraraq çap edə, yaxud elektron şəkildə aidiyyatı quruma göndərə bilər.

  • * Diplom haqqında arayış
  • * Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış
  • * Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış
  • * Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış
  • *Yaşayış yeri haqqında arayış
  • * İş yerinə dair  arayış
  • * Vətəndaş haqqında “Tələbə-Məzun”  dövlət elektron məlumat sistemindən çıxarış
  • * Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında e-arayış
  • * Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında e-arayış
  • * Turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsin lisenziyaları haqqında arayışlar

Qeyd edək ki, bu çıxarışlarda vətəndaşa aid olan müxtəlif fərdi məlumatlar qeyd olunur. Məsələn Əmək və Əhalinin Sosial Müdafiyə Nazirliyinin təqdim etdiyi “İş yerinə dair arayışda” istifadəçinin  aylıq əmək haqqı, əmək müqaviləsi müddəti, arayışın təqdim olunacağı qurum, doğum tarixi, işlədiyi müəssisənin adı, vəzifəsi, şəxsiyyət vəsiqəsinə aid məlumatlar və s. öz əksini tapır. Buna görə də, çıxarışı əldə etmək üçün  ilk olaraq “Elektron Hökumət” portalında (e-gov.az) qeydiyyatdan keçmək lazımdır. Portalda qeydiyyatdan keçdikdən sonra  “Elektron arayışlar” bölməsinə daxil olaraq yuxarıda adı çəkilən çıxarışları əldə edə bilərsiniz.

Qeyd etdiyimiz kimi, elektron çıxarışları formalaşdıraraq çap edə, yaxud elektron şəkildə aidiyyatı quruma göndərə bilərsiniz. Çıxarışın üzərindəki QR-kod və ştrix kodlar vasitəsilə elə həmin səhifədə onun etibarlılığını yoxlamaq mümkündür. Belə ki, “Elektron Hökumət” portalının təqdim etdiyi “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” servisi də yerləşdirilmişdir.

Müasir dövrün elektron rahatlıqlarını öz həyat tərzinə çevirmiş vətəndaşlar bu günlərdə fərdi informasiyalarını portal üzərindən əldə etməyə üstünlük verirlər. Belə ki, təkcə bu ilin sentyabr ayı ərzində elektron çıxarışlardan 48 258 dəfə istifadə edilib.

Qeyd edirik ki, bir çox inkişaf etmiş ölkələrin “Elektron Hökumət” sistemlərində elektron arayışlardan(çıxarışlar) geniş istifadə olunur.