You can return to the old version of the website

Open old version

“E-Gov identity” Elektron Hökumət portalına girişi daha da sadələşdirəcək

5210
Print the text Copy text t1 t0 t2

“Elektron Hökumət” Portalının Operatoru vətəndaşların portaldan istifadəsini asanlaşdırmaq və sadələşdirmək məqsədilə daha bir autenfikasiya vasitəsini, “E-gov identity”-ni  vətəndaşların istifadəsinə verdi.

Belə ki , “E-Gov identity”  bir identifikasiya növü kimi sistemə sadələşdirilmiş, təhlükəsiz və rahat girişi təmin etmək üçün nəzərdə tutulmuşdur. “E-gov identity”ni aktivləşdirmək üçün sadəcə "Elektron hökumət" portalına daxil olmağınız və nəzərdə tutulmuş xidmətdən yararlanmağınız kifayətdir.  Bunun üçün, portala giriş etmək, şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olan mobil telefon nömrəsini aktivasiya vasitəsilə xidmətə qoşmaq lazımdır. Qeyd edək ki, vətəndaşın adına təyin edilmiş mobil telefon nömrəsinə yalnız bir ədəd FİN (Fərdi İdentifikasiya Nömrəsi) qoşmaq mümkündür. Amma, bir FİN-i bir neçə mobil telefon nömrəsinə qoşmaq mümkündür.

 

 

“E-gov identity” sisteminin bir sıra üstünlükləri vardır:

“E-gov identity”in əsas üstünlüyü Elektron Hökumət kimi böyük bir layihənin imicini kifayət qədər yüksəkdə saxlamasıdır. Sistem istifadəyə verildikdən sonra bir çox (hesab.az asanpay.az v.s kimi) FİN ilə işyələn portallar sistemi öz autentifikasiya vasitələri kimi inteqrasiya edə biləcəklər. Həmçinin müxtəlif dövlət qurumları, elektron xidmətlər də mövcud sistemdən yararlana biləcəklər. Buda kütləvi istifadə edilən layihələrdə elektron hökumətin imzası ilə girişi təmin edəcək bir imic yaradacaqdır.

Elektron şəkildə xidmətə qoşulma – vətəndaşlar birbaşa “Elektron Hökumət” portalına daxil olaraq adlarına qeydiyyatda olan mobil telefon nömrələrini aktivasiya vasitəsilə xidmətə qoşa biləcəklər. Nəzərə almaq lazımdır ki, portala girişi təmin etmək üçün sadələşdirilmiş bir çox autentifikasiya vasitəsi vardır ki, vətəndaş bunların hər hansı birindən istifadə edərək portala daxil ola bilər və yaradılmış xidmət vasitsəilə
“e-identity”yə qoşula bilərlər.

Heç bir fiziki müraciət olmadan – vətəndaşlar heç bir fiziki müraciət etmədən elektron formada mobil identifikasiya vasitəsinə qoşula biləcək və daha sonra istər e-gov portalına, istərsə də digər xidmətin inteqrasiya edilən portallara giriş edə biləcəklər.

İdentifikasiya rahatlığı – sistemə giriş üçün sadəcə qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsi və sistemin Sizə təyin etdiyi və ya daha sonra özünüz dəyişdirdiyiniz identifikasiya kodunu yazaraq qarşınıza çıxan aktivasiya kodunu SMS vaistəsilə identifikasiya etməyiniz kifayət edir ki, sistemə giriş edəsiniz.

İdentifikasiya kodunu unutduqda – sadəcə təkrar elektron hökumət portalına istənilən autentifikasiya vasitəsilə giriş etməyiniz kifayətdir.  Müəyyən edilmiş paneldən pin kodu unutdum düyməsini seçərək təkrar identifikasiya kodunu SMS vasitəsilə əldə edə bilərsiniz.

İdentifikasiyanın ləğvi – portala istənilən autentifikasiya vasitəsilə daxil olaraq istədiyiniz adınıza qeydiyatda olan mobil tel. nömrəsini “e-gov identity” xidmətindən ləğv edə bilər və daha sonra təkrar qoşula bilərsiniz.

Hesab edirik ki, “E-Gov identity” sisteminin tətbiqi “Elektron Hökumət” portalına girişi daha da sadələşdirəcək və elektron xidmətlərdən istifadə sayına da öz təsirini göstərəcək.