You can return to the old version of the website

Open old version

“Elektron hökümət” portalından istifadə edənlərin sayı artır

2151
Print the text Copy text t1 t0 t2

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi və dövlətin iqtisadi rifahının təmin edilməsində “Elektron hökümət”in rolu əvəzedilməzdir. İctimai münasibətləri, hökümət-vətəndaş münasibətlərini tənzimləyən yeni ictimai inkişaf strategiyalarına istiqamət verən, günün müasir tələblərinə cavab verəcək bu infrastruktur  artıq vətəndaşlara bir komputer düyməsi qədər yaxındır. “Elektron hökümət” portalı  məhz bu  münasibətləri sadələşdirməyə, şəffaflaşdırmağa xidmət edir.

2014-cü ilin ikinci rübündə “Elektron Hökümət “ portalında innovativ yeniliklərin tətbiqi onun inkişaf perspektivlərini daha da artırmışdır. İstifadəçi-mərkəzli dizayn və əlavə edilən yeni funksionallıqlar habelə, ictimai maraq dairəsində olan xidmətlərin inteqrasiyası portaldan istifadəni effektivləşdirərək, geniş istifadəçi diqqətini cəlb edə bilmişdir.

Həmçinin, “Elektron hökümət” sahəsində ölkədə aparılan təşviq və təbliğat tədbirləri, qurumlar tərəfindən təşkil olunan “Açıq Qapı” günləri və maarifləndirici tədbirlər portaldan istifadə edənlərin sayına ciddi təsir göstərmişdir. Portal istifadəçilərinin sayı artıq 123438-ə çatmışdır. Portala müraciət edənlərin ümumi sayı isə 328 712 nəfər olub. Həmin şəxslər 2 304 233 dəfə  olmaqla müxtəlif səhifələrə keçid ediblər,        1 200 406 dəfə e-xidmətlərə müraciət edilib və portala sərf edilən vaxt ortalama 4 dəqiqə 32 saniyə təşkil edib. İyul ayı ərzində portala müraciət edənlərin 35.3%-ni yeni istifadəçilər, 64.7%-ni isə təkrar müraciət edən istifadəçilər təşkil etmişdir. Qeyd edək ki, iyul ayı ərzində 1486 nəfər portalda qeydiyyatdan keçmiş və 17 nəfər mobil imza vasitəsilə portaldan yararlanmışdır.

“Elektron Hökümət” portalı çərçivəsində reallaşdırılan işlər gələcək planlara, atılmalı addımlara təkan verir. Bu sahəyə yönəlmiş böyük maraq portal üzərində öhdəlikləri artırır, daha yaxşıya doğru dəyişməyi, inkişaf etməyi sürətləndirir. 

Portalın istifadəyə verildiyi ilk vaxtlarda portala inteqrasiya edilməli xidmətlər yalnız qurumların təqdim etmək istədikləri e-xidmətlərlə məhdudlaşırdısa, hal-hazırda elektron xidmətlər ictimai maraq və təlabata uyğun seçilir və cəmiyyət üçün aktual xidmətlərin portala inteqrasiyası, eləcə də mövcud elektron xidmətlərin keyfiyyəti üzərində işlər aparılır. Hazırda portalda rəsmi yazışmalar, dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna online yazılmaq, şikayət və ərizələrin göndərilməsi və izlənilməsi, şəxsi kabinet kimi və s. yeni servislərin və funksiyaların yaradılması nəzərdə tutulur.

Hesab edirik ki, görülən işlər və dövlət qurumlarının informasiya ehtiyatlarının portala inteqrasiyası başa çatdıqdan sonra  göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti daha da yüksəlmiş olacaq.