You can return to the old version of the website

Open old version

Rabitə, kommunal və cərimə haqları üzrə bildirişləri artıq mobil telefon vasitəsilə əldə etmək mümkündür

3682
Print the text Copy text t1 t0 t2

Bildiyiniz kimi, artıq "İOS" əməliyyat sisteminin istifadəçiləri "Elektron hökumət" portalının mobl versiyasından  yararlana bilirlər. Bu gün portalın mobil tətbiqi vasitəsilə 18 sosial xidməti, sadəcə, mobil telefona daxil olmaqla əldə etmək mümkündür. Belə xidmətlərin arasında portal istifadəçilərinin təklifləri əsasında yaradılan "Elektron arayışlar" bölməsi də mövcuddur. Mobil versiya vasitəsilə "e-gov.az" istifadəçilərinin daha bir təklifi də reallaşdırıldı. Belə ki, "e-gov.az" istifadəçilərinin rabitə, kommunal, cərimə  və s. xidmətlər üzrə bildirişləri sistem tərəfindən avtomatik mobil telefona yönləndirilir.

Rabitə, kommunal, cərimə haqları üzrə bildirişləri mobil telefona necə yönləndirməli?

Bunun üçün, istifadəçi "Elektron hökumət" portalında "Onlayn ödənişlər" bölməsinə daxil olmalı, sonra Kommunal, Rabitə, İpoteka, Büdcə bölmələri üzrə istənilən xidməti formalaşdırmaqla yadda saxlamalıdır.  Sonrakı mərhələdə, portala mobil əlavə vasitəsi ilə daxil olmalı, bildirişlər bölməsinə keçilməli, yadda saxlanan hər bir xidmətin bildirişləri ayrı-ayrılıqda aktiv edilməlidir.

Bundan əlavə, portalın mobil versiyasının istifadəçiləri isə "Elektron hökumət" üzrə yeniliklərdən daha tez xəbər tuta biləcəklər. Belə ki, portalın "Xəbərlər" bölməsinə əlavə edilən hər bir yenilik barədə mobil tətbiq istifadəçisinə sistem tərəfindən avtomatik bildiriş göndəriləcək.                                                  

"Elektron Hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşa olduğu yerdəcə əlçatan edilmiş xidmətlər

Artıq ictimai tələbatın yüksək olduğu aşağıdakı elektron çıxarışlardan(arayışlardan) vətəndaş işlədiyi, istirahət etdiyi, səyahət etdiyi yerdəcə istifadə edə bilər:

* Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış

* Yaşayış yeri haqqında arayış

* Diplom haqqında arayış

* Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış

* Vətəndaş haqqında “tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış

* Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış

İndi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 adda xidməti vətəndaşa öz mobil telefonu qədər yaxındır.

Bununla yanaşı, "Elektron Hökumət" portalının mobil versiyasından istifadə etməklə vətəndaş şəxsiyyət vəsiqəsinin elektron versiyasını daim üzərində daşıyacaq. Bu xidmət Daxili İşlər Nazirliyinin "FİN-ə görə fərdi məlumatların axtarışı" servisi vasitəsilə təmin edilir.

Vətəndaşlar  Səhiyyə Nazirliyinin 3, Ədliyyə Nazirliyinin isə 1 elektron xidmətini hazırda mobil telefon üzərindən əldə edə bilərlər.