You can return to the old version of the website

Open old version

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətli nümayəndələri ilə "Elektron hökumət" portalına inteqrasiya olunmuş "Tələbə-Məzun dövlət elektron sistemi” ilə əlaqədar məsələlər müzakirə edildi

2393
Print the text Copy text t1 t0 t2

Bu gün  “Elektron Hökumət” portalının operatorunun və  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətli nümayəndələri ilə görüş keçirildi və görüşdə "Elektron hökumət" portalına inteqrasiya olunmuş "Tələbə-Məzun dövlət elektron sistemi” ilə əlaqədar texniki, proqram və prosedur məsələlər ətraflı müzakirə edildi.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 289 nömrəli 24.08.2015-ci il tarixli Qərarına əsasən "Tələbə-məzun" dövlət elektron məlumat sistemi "Elektron Hökumət" portalına inteqrasiya edilib və  hazırda vətəndaşlarımz portal üzərindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 15 elektron xidmətini əldə edə bilirlər. Portal istifadəçiləri həmçinin “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış”ı avtomatik olaraq formalaşdıraraq həm çap edə, həm də elektron şəkildə aidiyyatı quruma göndərə bilərlər.

Görüş zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının "Elektron Hökumət" portalı üzərindən təhsil barədə çıxarışın əldə edilməsi layihəsində əks əlaqə imkanının yaradılması məsələsi ayrıca müzakirə edildi. Vətəndaş məmnuniyyətini diqqətdə saxlayan qurum, portal üzərindən əks əlaqənin təşkili üçün xüsusi elektron müraciət forması tətbiq etməyi planlaşdırır.  Elektron müraciət formasında fərdin portal vasitəsilə identikləşdirilməsini, habelə, daxil olan müraciətlərin əlaqədar təhsil müəssisələr üzrə yönləndirilməsini mümkün edəcək üstünlüklər də nəzərə alınıb. Belə ki, "Tələbə-Məzun" dövlət elektron sistemi üzrə elektron müraciətin formalaşdırılması zamanı  fərdin kimliyi avtomatik müəyyən olunacaq, əlaqədar təhsil müəssisəsi seçilməklə tələb olunan müvafiq məlumatlar və müraciət qeyd olunacaq.

Müzakirələr zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sektor müdiri Sahib Mərdanov elektron müraciət üzrə müvafiq servisin artıq hazır olduğunu qeyd edib. Toplantıda "Tələbə-Məzun" dövlət elektron sistemi ilə əlaqədar vətəndaş qurum arasında münasibətlərin elektron təşkili üzrə bütün təfərrüatlar müzakirə edildi, servisin portalda aktivləşdirilməsi üçün tələb olunan texniki şərtlər səsləndirildi.

Görüşdə MHM-in nümayəndələri tərəfindən qeyd olundu ki, “Fərdi məlumatlar haqqında Qanun”un tələblərinə uyğun olaraq, İnformasiya sistemlərinin portala qoşulmasını sürətləndirmək, informasiya sistemlərində subyektlər haqqında toplanmış məlumatların subyektə təqdim edilməsi üçün, fərdi məlumatlar haqqında qanunun tələblərinə uyğun olaraq elektron hökumət sistemində  qurumlararası servislər bölməsi yaradılmışdır.  Servislər vasitəsilə subyektlər özləri haqda toplanmış məlumatların səhihliyinə nəzarət etmək imkanı əldə etmiş olacaqlar.

Bundan başqa, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə “Elektron Hökumət” portalı üzərindən digər qurumlarla inteqrasiya məsələləri barədə müzakirələr aparıldı. Görüşdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri tərəfindən bildirildi ki, "Elektron Hökumət"in inkişafı üçün qurumlararası məlumat mübadiləsi prioritet məsələdir və onlar tərəfindən bu yüksək qiymətləndirilir..