You can return to the old version of the website

Open old version

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi 21-ci “BakuTel” sərgisində hansı nailiyyətlərlə iştirak edəcək...

3025
Print the text Copy text t1 t0 t2

Məlumat Hesablama Mərkəzinin fəaliyyət istiqamətləri

Ötən illərdən indiyə qədər fəaliyyəti xeyli genişlənən MHM bu gün artıq bir çox yeni layihələrin ilk ünvanıdır. Respublikada ilk dəfə olaraq  EC1020 tipli Elektron Hesablayıcı  Maşın (EHM)  məhz bu mərkəzdə istismara verilib. Mərkəzin əsas inkişaf dövrü isə son illərə təsadüf edir və bu illərdə MHM informasiya texnologiyaları sahəsində ölkədə aparıcı müəssisəyə çevrilib. Hazırda MHM informasiya texnologiyalarının bütün sahələri üzrə peşəkar kadr potensialına malikdir. Müəssisənin əsas fəaliyyət istiqamətləri informasiya texnologiyalarının bütün sahələrini əhatə edir. MHM-in mərkəzi serverlərinə respublikanın bütün ərazisində 2500-dən çox kompüterlər onlayn rejimdə qoşulub və ən uzaq məsafədə qoşulan kompüterlər 540 km məsafədə Naxçıvan MR-də yerləşir. Bu kompüterlər əsasən telekommunikasiya qovşaqlarında, ATS-lərdə, poçt şöbələrində gedən texnoloji proseslərdə istifadə olunur və onlar MHM-də quraşdırılan serverlərə qoşulub.

Məlumat Hesbalama Mərkəzi tərəfindən yaradılan billinq sistemlərinin üstünlükləri:

MHM tərəfindən Bakı şəhərində və respublikanın digər şəhər və iri rayon mərkəzlərində EATS-lərdə telefonların borca görə avtomatik olaraq mərkəzləşmiş qaydada bağlanması və açılması üzrə billinq sistemi yaradılıb. Hazırda paytaxtın bütün EATS-ləri optik xətlər vasitəsilə MHM-in serverlərinə qoşulub  və rabitə xidmətləri borclarına görə abunəçilərin telefonlarının açılma və bağlanma əməliyyatları bilavasitə MHM tərəfindən avtomatik icra olunur. Abunəçilər respublikanın istənilən bölgəsində poçt şöbələrində, abunə şöbələrində, internet, Milli ÖN, Easypay, bankomat vasitəsilə öz borcunu ödəyə bilir. Onlayn rejimdə aparılan ödəniş mərkəzi serverdə analiz olunur, əgər telefon bağlıdırsa 15-20 dəqiqə ərzində nömrənin avtomatik, insan faktoru olmadan açılması təmin edilir. Eyni zamanda bu texnologiyanın tətbiqi EATS işçilərini daha bir əl əməyindən azad  edib. MHM-in mərkəzi serverlərində emal olunan məlumatların daima artması səbəbindən kiber hücumlarının qarşısının  alınması məqsədilə SSH texnologiyasını dəstəkləyən və e-imza ilə işləyən yeni  proqramlar  və  avadanlıqlar quraşdırılaraq istismara verilib. Eyni zamanda Naxçıvan MR ərazisində kommunal xidmət haqlarının yığımı üzrə avtomatlaşdırılmış qeydiyyat sistemi  yaradılıb və proqram təminatı yazılıb. Artıq Naxçıvan MR Kommunal İdarələrində bütün kommunal sayğacların məlumat bazalarının formalaşdırılması və kommunal ödənişlər onlayn şəkildə aparılır. Bundan başqa şəhərlərarası, beynəlxalq (avtomatika və sifarişli) və lokal danışıqların emalı və tarifikasiyası üzrə billinq sistemi yaradılıb. Respublika ərazisində olan bütün şəhərlərarası, beynəlxalq, lokal və CDMA stansiyalarından şəhərlərarası, beynəlxalq və lokal danışıqlar haqqında gündəlik məlumatlar optik xətt vasitəsilə qəbul edilərək emal olunur və dərhal ödənilməsi üçün şəbəkəyə ötürülür.

Keyfiyyətli internet xidmətləri təqdim edən “AzDataCom” internet provayderi

MHM ölkənin bütün ərazisini əhatə edən, ən etibarlı internet provayderi “AzDataCom”-un operatorudur. “AzDataCom” internet provayderi olaraq  ölkəmizin bütün şəhər və rayon mərkəzlərini genişzolaqlı internet (ADSL) xidmətləri ilə təmin edir. Provayder öz istifadəçilərinə iqtisadi cəhətdən səmərəli, yüksək keyfiyyətli və istifadəsi əlverişli internet və şəbəkə xidmətlərini təqdim edir. “AzDataCom”  istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri müəssisələrin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin bir mərkəzdən idarə olunması üçün yüksək sürətli multiservis şəbəkəsinə malikdir.

Rahat və şəffaf xidmətlər məkanı - "Elektron Hökumət" portalı

“Elektron hökumət” portalı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanına uyğun olaraq modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə hazırlanıb. Portalın fəaliyyəti 2013-cü il fevralın 5-də Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə ilə tənzimlənir. “Elektron hökumət” portalı RYTN-in struktur vahidi olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən yaradılıb və onun idarə olunması, fəaliyyətinin təşkili və inkişafı portalın operatoru kimi RYTN MHM tərəfindən icra olunur.

2014-2015-ci illər “Elektron hökumət” portalı üçün xüsusilə dinamik inkişaf dövrüdür. Məlum olduğu kimi, “Elektron hökumət” portalının fəaliyyəti birbaşa şəffaflıq, vətəndaş məmnuniyyəti və səmərəli idarəçilik prinsipləri üzərində qurulub və bütün bu prinsiplər üzrə tələblərin ödənilməsi üçün bu il xeyli işlər görülüb. Hazırda, portalda 431 e-xidmət vətəndaşların istifadəsindədir. Görülən tədbirlər sayəsində portalın istifadəçi sayı və e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır. Hazırda, portalın istifadəçilərinin sayı 2,6 milyon nəfərdən yaxındır. Bu gün portala 80-dən artıq fiziki qoşulma var. Bunlardan 48-i dövlət qurumları, digərləri isə özəl sektorun nümayəndələri və banklardır.

Portal üzərində çalışan mütəxəssisləri bu gün “Elektron hökumət” quruculuğunun məqsədyönlü inkişafı üçün təqdim olunan xidmətlərin kəmiyyətindən çox keyfiyyəti maraqlandırır. Məlum olduğu kimi, 2015 il iyulun 14-də “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Bu dəyişiklik elektron sənədlərin hüquqi tərəflərini müəyyən etməklə, elektron sənədlərin tətbiq zəruriyyətini təsdiqləyir. Belə ki, müvafiq Fərman əsasında artıq bir ildən çoxdur ki, müxtəlif kağız üzərində təqdim olunan arayışların onlayn ekvivalentləri üzərində işləyirik. Bununla bağlı, portalda yeni bölmə - “Elektron arayışlar” bölməsi yaradılıb. Bu gün artıq Azərbaycan vətəndaşı yaşayış, iş yerindən, diplom və təhsili haqqında, kommunal borcun olmaması barədə və sair çıxarışlar (arayış) üçün digər qurumlara müraciət etmək məcburiyyətində deyil. Hazırda, bu sahədə də işlər davam etdirilir və tezliklə vətəndaşlar bir çox digər çıxarışları (arayış) da portal üzərində formalaşdırmaq imkanı əldə edəcəklər.

Bu il elektron müraciətlər üzrə tələblər üzərində işlənilib, bir sıra e-xidmətlərin interfeysi yenilənib. Bununla yanaşı, portalın vətəndaş yönümlü servisləri təkmilləşdirilib, real vaxt rejimində istifadəçilərin müraciətlərinin cavablandırılması üçün “Online konsultasiya” xidməti istifadəyə verilib.

Daha sonra, cari ilin oktyabr ayında istifadəyə verilmiş portalın mobil tətbiqi vasitəsilə 18 xidmət daim vətəndaşların istifadəsindədir. Portalın mobil tətbiqi istifadəçilərə rabitə, kommunal, cərimə və s.üzrə bildirişlərin real vaxt rejimində çatdırılmasını mümkün edir.

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin operatoru olaraq Məlumat Hesablama Mərkəzi dövlət informasiya ehtiyatlarının və sistemlərinin reyestrlərdə dövlət qeydiyyatını aparır.

Portalın işinin məqsədyönlü inkişafı üçün diqqətdə olan əsas məsələlərdən biri qurumlar arasında informasiya mübadiləsi prosesinin düzgün təşkilidir. Bununla əlaqədar, dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin operatoru olaraq Məlumat Hesablama Mərkəzi dövlət informasiya ehtiyatlarının və sistemlərinin reyestrlərdə qeydiyyatını aparır və mütəmadi olaraq qurumların mülkiyyətində olan informasiya sistemlərinin monitorinqini həyata keçirir. Çünki, informasiya sistemlərinin nöqsansız işi, texniki tələblərə uyğunlaşdırılması  bu gün və gələcəkdə təqdim olunacaq e-xidmətlərin keyfiyyəti deməkdir.

Məlumat Hesablama Mərkəzinin maarifləndirmə və kadr hazırlığı sistemi

Ötən illərlə müqayisədə bu il “Elektron hökumət” sahəsində maarifləndirmə xarakterli tədbirlərin, kursların, mühazirələrin, treninqlərin, müsabiqələrin və s. təşkil edilməsinə üstünlük verilib. Belə tədbirlərin sistemli, müntəzəm şəkildə təşkilində məqsəd cəmiyyətin bütün üzvlərinin “Elektron hökumət” innovativ xidmət məkanından istifadəsini təmin etmək, ölkəmizdə hər gün dəyişən və inkişaf edən “Elektron hökumət” quruculuğunda vətəndaşların aktiv iştirakına şərait yaratmaqdır. Artıq bir neçə ildir ki, Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq ixtisas üzrə təhsil alan tələbələri həmçinin dövlət xətti ilə xaricdə təhsil alan tələbələr yay istehsalat təcrübələrini Məlumat Hesablama Mərkəzində keçir. Bu il Azərbaycan Texniki Universiteti və RYTN Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınıb və bu barədə AzTU və “Elektron hökumət” portalının operatoru arasında müqavilə imzalanıb. Elm-Təhsil və Texnologiyalar Birliyi çərçivəsində yeni tədris ilindən etibarən universitetdə elektron xidmətlər, elektron imza və geniş zolaqlı internet şəbəkələri üzrə laboratoriyalar fəaliyyətə başlayıb.

Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru kimi MHM 2014-2015-ci illərdə də vətəndaşları e-imza ilə təmin edib. Cari ildə e-imzanın əlçatanlığını artırmaq məqsədilə mərkəz onlayn müraciət imkanını genişləndirmişdir. Beləki, artıq vətəndaşlarla yanaşı fiziki və hüquqi şəxslər, həmçinin, dövlət qurumları e-imza üçün müraciəti onlayn icra edə bilir. Bununla yanaşı, MSXM tərəfindən hazırlanmış e-imza.az sayt hər gün daha yeni servislərlə vətəndaşlara xidmət göstərir. Sayta əlavə olunmuş onlayn imzalayıcı vasitəsilə e-imza istifadəçiləri komputerə heç bir proqram yükləmədən də elektron sənədi imzalaya bilir.

İndi isə, "Elektron Hökumət" portalı üzrə hər ay diqqətlə izlənilən statistik göstəriciləri nəzərinizə çatdırmaq istərdik. Belə ki,

2013-2015-ci illər ərzində portalda təqdim olunmuş  elektron  xidmətlərdən 2 625 179  istifadəçi faydalanıb:

2013-2015- ci illər ərzində "Elektron Hökumət" portalında yerləşdirilmiş e-xidmətlərin sayı barədə statistik göstəriciyə əsasən portala inteqrasiya olunan xidmətlərin sayında da xeyli artım müşahidə olunur:

2013-2015-ci illər ərzində “Elektron Hökumət” portalında yerləşdirilmiş e-xidmətlərdən  istifadə sayının statistik diaqramına nəzər salsaq görərik ki, 01.10.2015-ci il tarixə elektron xidmətlərdən 17562513 dəfə istifadə olunub:

Aşağıdakı diaqrama nəzər salsaq, görərik ki , elektron imza sertifikatlarına tələbat durmadan artmaqdadır

Elektron xidmətlərin portala qoşulması üçün texniki tələblərə uyğunluq yoxlanılır

 

Mövcud qanunvericiliyin tələblərinə əsasən, MHM tərəfindən bir sıra dövlət qurumlarında  müvafiq monitorinqlər keçirilib. Monitorinqin keçirilməsində başlıca məqsəd dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin “Fərdi məlumatlar haqqında” qanunun tələblərinə, habelə məlumatlar və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, eyni zamanda İS-lərinin “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasıdır. Proses yekunlaşmaq üzrədir və tezliklə yekun hesabat və konkret təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim olunacaq.

 

Mərkəz Azərbaycanda “Microsoft” şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssisəsidir

Onu da qeyd edək ki, MHM 2007-ci ildə Azərbaycanda rabitə və İKT sektorunda fəaliyyət göstərən dövlət müəssisələri arasında ilk dəfə olaraq İKT sahəsində İSO 9001:2000 beynəlxalq keyfiyyət standartına layiq görülüb. Bununla da MHM müştərilərinə təqdim etdiyi bütün xidmətlərini sertifikatlaşdırıb. Sertifikasiya orqanı olaraq, “SGS Azəri Ltd.” şirkəti tərəfindən idarəetmə sisteminin beynəlxalq İSO 9001 standartına əsasən sertifikatlaşdırma auditi aparılıb və auditin nəticəsində MHM-in beynəlxalq sertifikata layiq görüldüyü elan olunub. 2013-cü ilin mart ayında MHM keyfiyyət 

menecment sistemi üzrə ISO 9001:2008 beynəlxalq standartın tələblərinə uyğun növbəti resertifikasiya auditindən uğurla keçib. 2014-cü ildə MHM informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə “ISO/İEC 27001:2005” beynəlxalq standartın tələblərinə uyğun növbəti sertifikasiya auditindən uğurla keçib. MHM Respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət müəssisəsidir. Mərkəzin vətəndaşlara, dövlət orqanlarına və hüquqi şəxslərə elektron imza üçün təkmil sertifikatların verilməsi; təkmil sertifikatların idarə olunması: yaradılması, yenilənməsi, dayandırılması və ləğv edilməsi; vaxt göstəricilərinin qeyd edilməsi üzrə fəaliyyət sahələri “ISO/İEC 27001:2005” beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb.

Daha sonra, 2015-ci ilin birinci rübü MHM “ISO/İEC 27001:2013” beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb, eyni zamanda Microsoft gümüş tərəfdaşlıq sertifikatını əldə etmişdir.