You can return to the old version of the website

Open old version

İsveçin“ElektronHökumət” modeli

2775
Print the text Copy text t1 t0 t2

Dünya təcrübəsi

 

İnternetin çox geniş yayıldığı ölkə olan İsveçdə internet həm milli, həm də bugünkü rəqəmsal iqtisadiyyatın təməli olub.

2012-ci il reytinqində “World Wide Web Foundation”təşkilatı internetin İsveçdə siyasi, sosial və iqtisadi sahədə böyük təsir qüvvəsinə malik olduğunu təsdiqlədi.Araşdırmaya görə isveçlilər informasiya texnologiyalarını mənimsəməkdə və virtual aləmdə kəşflər etməkdə kifayət qədər bacarıqlıdırlar. Bu,  həmçinin  “Elektron Hökumət” sahəsində də özünü göstərir. Beləki, İsveçdə “Elektron Hökumət” iqtisadi artım, işlə təmin olunma, regional inkişaf, hüquq bərabərliyi və  həyat şəraitinin yüksəldilməsində müstəsna rol oynayır.

İsveçin 2000-ci ildənetibarən “hər bir şəxs üçün informasiya cəmiyyəti” və “Elektron Hökumət” yaradılması prosesində davamlı addımlar atması,ölkədə demokratiyanın möhkəmləndirilməsi və qərarların verilməsində vətəndaşların iştirakını hədəf kimi götürməsi elektronlaşmanın sürətlənməsinə zəmin yaratdı.

2003-cü ildə “Demokratiya sahəsində ictimai idarəetmə” proqramı çəçivəsində “24/7 Agentliyi” yaradıldı. Bu agentlik həftənin 7 günü, 24 saat vətəndaşlara onlayn xidmət göstərməyə başladı. Agentliyin məqsədi –vətəndaşlara və biznes sektoruna xidmət edən elektron xidmətlərin inkişafı, həmçinin,  dövlət qulluğunda effektliliyin artırılması idi.

2005-ci ildə İsveç hökuməti “Müəssisələr üçün admistrativ yükün aradan qaldırılması” planını irəli sürdü. Planda 8 nazirlik və 46 agentlik tərəfindən həyata keçirilən 291 fəaliyyət növündə biznes sektorunda yaradılan baryerlərin aradan qaldırması nəzərdə tutulurdu. Planın həyata keçirilməsi nəticəsində İsveç xarici investorlar üçün əlverişli ölkəyə çevrildi. Qeyd edək ki, Skype, Spotify, iZettle, Mojang, Rebtel kimi tanınmış şirkətlər İT –start up proqramı sayəsində ortaya çıxıb.

Bununla yanaşı 2009-cu ildə 2014-cü ilin sonuna kimi “Elektron Hökumət”lə bağlı həyata keçiriləcək deklarasiya qəbul edildi. Bunlar aşağıdakılardır:

 

* Elektron-identifikasiya: bütün dövlət xidmətlərinə vahid giriş;

* “Elektron Hökumət”in formalaşmasında vətəndaş və biznes strukturlarının iştirakını təmin etmək üçün vahid internet forumunun tətbiqi;

* Hüquqi və fiziki şəxslər üçün elektron xidmətlərin hüquqi və texniki cəhətdən tənzimlənməsi və yaxşılaşdırılması;

* Standartların açıqlanması və açıq proqram təminatına keçilməsi;

* Şəxsi və ictimai həyatda internet istifadəçiləri üçün təhlükəsizliyin artırılması, elektron xidmətlərdən istifadə edən fiziki və hüquqi şəxslər üçün cəlbedici və asan yolların tətbiqi.

Qeyd edək ki, İsveç elektron vergi deklarasiyası, elektron identifikasiya və digər elektron xidmətləri tətbiq edən ilk ölkələrdəndir. Lakin,  buna baxmayaraq İsveç öz məlumatlarını ictimaiyyətin istifadəsinə açmaqda hələ də maraqlı deyil. Belə ki, “oppnadata.se” saytının istifadəsi 2012-ci ilə nəzərdə tutulsa da, sayt hələ də aktivləşməyib. Onu da qeyd edək ki,  İsveç Skandinaviyada yerləşən və Açıq Hökumət Məlumatları ilə bağlı internet səhifəsi  olmayan yeganə ölkə olsa da, dövlət qurumları açıq və anonim formada olan bütün müraciətləri  gecikdirmədən dərhal cavablandırmağa məcburdurlar.

İsveçelektron səhiyyə sahəsində öz  təcrübəsinin məhsulu olan “SMS-xilasedici” xidmətindən də geniş istifadə edir. “1177.se” - saytı ictimai veb-servis, sağlamlıq və səhiyyə informasiyası almağa, həmçinin tibb müəssisələrinin müştərilərinin rəyini öyrənməyə imkan verir. Eyni zamanda İsveç vətəndaşlarının sağlamlıq məsələləri ilə bağlı “Data Patient Act” qəbul olunub, tibbi kartlar və onların etibarlı şəkildə qorunması  ilə bağlı infrastruktur da  yaradılıb. 

Məsələn,2010-cu ildə Stokholm xəstəxanalarından biri sms-servis xidməti ilə ürək çatışmazlığı baş verən anda mobil proqram vasitəsilə xəstəni kömək üçün yaxında olan ürək-ağciyər mütəxəssisinə yönəldirlər. Bununla da xeyli ürək çatışmazlığı olan şəxsin yaşamaq şansı artıb.

Həmçinin,  İsveçdə 2008-ci ildən müxtəlif İKT alətləri vasitəsilə vətəndaş dialoqunun genişlənməsi üçün layihə həyata keçirilir ki, bu uğurlu məhsullar vasitəsilə də artıq aşağıdakılar mümkünolub:

* Vətəndaşların məmurlara mətn, audio və video formatda rəyini bildirmək üçün The Dialogue adlı dialoq portalı;

* Onlayn petisiya saytı: adaptasiya olunmuş və yaxşılaşdırılmış ingilisdilli sayt;

* Vətəndaşlarla bağlı SMS-portal: ictimai rəylərlə bağlı sual-cavab keçirmək üçün;

* Vətəndaşların büdcənin hazırlanması və paylanmasında iştirakını artırmaq üçün büdcə stimulyatoru. Vətəndaşlar öz müraciətlərini həm yazılı, həm də foto və video çarxlarla təqdim edə bilərlər. 

 

Buna misal olaraq 2010-cu ildən vətəndaşlara Xaninq şəhərindəki parkın yenidən qurulması ilə bağlı ideyalar təqdim etməsi təklif olundu. Vətəndaşlar 100-dən çox təklif verdilər və bunun əsasında 20 ssenari hazırlandı. Səsvermə nəticəsində prosesdə iştirak edən250 nəfərin təklifi əsasında  nəinki park yeniləndi, həmçinin,  hakimiyyət orqanları ilə vətəndaşlar arasında dialoq yaxşılaşdırıldı.

Qeyd edək ki, İsveç rəqəmsal innovasiya sahəsində ilkin addımlar atan ölkələrdəndir. İllik 10,3 faiz artımla, 2012-ci ildə internet-iqtisadiyyatı  İsveçin ümumi daxili məhsulunun 7,7 faizini təşkil etmişdir.Onu da qeyd etmək lazımdır ki, hökumət milli iqtisadiyyatın tərkib hissəsi kimi internetə investisiya yatırmadı. Sürətli artım son dövrlərdə böyük olan onlayn tələbat,  mobil cihazlara keçid və internet alış-verişinin artımı sayəsində mövcud olmuşdur.

Proqnozlara görə İsveçdə internet-iqtisadiyyatına düşən  pay 2017-ci ildə topdan və pərakəndə ticarət hesabına ümumi daxili məhsulun 9,5 faizinə çatacaq.

Beləliklə,İsveç qarşıya qoyduğu hədəflərə çatdı və “hər kəs üçün informasiya cəmiyyəti” ideyasını gerçəkləşdirdi. Hal-hazırda İsveç bu sahədə nəinki Avropa Birliyini, demək olar ki, bütün dünya ölkələrini qabaqlayır...