You can return to the old version of the website

Open old version

Elektron imza sertifikatlarına tələbat artır

2174
Print the text Copy text t1 t0 t2

Artıq 3 ildir ki, ölkəmizdə sənəd mübadiləsinə tətbiq olunan elektron imza vaxta və bu iş üçün ayrılan işçi qüvvəsinə qənaət edərək məsafələrin yaxınlaşmasına xidmət edir. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi olan elektron imza virtual məkanda prosesin iştirakçılarının şəxsiyyətini müəyyən edir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

Elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik məsuliyyətdən yayınmanın mümkünsüzlüyü, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər.

Görünüşcə kiçik və daşıması rahat olan  elektron vasitəsilə,

* Elektron sənəd dövriyyəsi və təhlükəsizlik

* Kağız əməliyyatlarının ləğvi

* Sənədlərlə iş prosesində şəffaflıq

* Eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı

* Hesabatların hazırlanmasında avtomatlaşdırma

* Sənəd arxivləri işinin səmərəli təşkili

* İdarəetmə effektivliyinin yüksəldilməsi

 

və sair kimi vacib göstəriciləri özündə birləşdirir.

Elə buna görə də, elektron imza kartlarından istifadə dinamik şəkildə artmaqdadır. Aşağıda göstərilən diaqramdan göründüyü kimi 2013-cü ildən bu günə qədər e-imza istifadəçilərinin sayı yüksələn xətlə artır.

Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv vasitədir. Bu gün elektron imza yalnız imzalama vasitəsi deyil, həm də “Elektron hökumət” portalına daxil olmaq üçün autentifikasiya vasitəsi və elektron xidmətlərdən istifadə üçün giriş açarıdır.