You can return to the old version of the website

Open old version

Avropada sosial xidmətlərin elektronlaşma səviyyəsi

3061
Print the text Copy text t1 t0 t2

 

Avropa Birliyinin (AB) Elektron hökumət üzrə 2015-ci il hesabatı Avropada onlayn elektron xidmətlərin tam avtomatlaşdırıla biləcəyini göstərir.

Belə ki, e-Hökumət xidmətləri üzrə aparılan son araşdırmalar göstərir ki, hələ də elektron formaları işləyərkən inzibati qurumların təmin edə biləcəyi informasiyaları vətəndaşlar özləri ənənəvi şəkildə formaya daxil edir. Elektron sosial xidmətlərin 73%-i hələ də mobil əlavələr vasitəsilə vətəndaşlara açıq edilməyib.

"eGovernment Benchmark" report- e-Hökumət İslahatları üzrə 12-ci Müqayisəli Təhlil Hesabatı 2012-2015-ci illərdə e-Hökumət İslahatları Çərçivəsində icra olunan tədbirlər üzrə 3-cü buraxılışdır. Bu hesabatda dövlət internet səhifələri və xidmətlərinin vətəndaş istifadəsi prizmasından qiymətləndirmə aparılır.

Sözügedən təhlillər aşağıda göstərilən 7 sahəni əhatə edən xidmətlərlə bağlıdır:

  • * Məşğulluq;
  • * Təhsil;
  • * Biznes
  • * Yerdəyişmə;
  • * Maşın alışı;
  • * Kiçik iddia prosedurları;
  • * Müntəzəm biznes əməliyyatları.

Bu sahələrin tam araşdırılması 2 il ərzində, yuxarıdan 3 sahənin 2012-2014-cü illərdə, digər 4-ü isə 2013-2015-ci illərdə yekunlaşması nəticələrin qarşılıqlı müqayisəsini mümkün edir.

Hesabatın əsas nəticələri aşağıdakı kimidir:

İstifadəçi yönümlülük

50% sosial xidmətlər bütünlüklə onlayn istifadə edilir (yalnız elektron forma əldə olunur), digər 33% xidmətlər barədə yalnız informasiya əldə olunur, digər 17% xidmətlər onlayn əldə olunsa da vahid portaldan təmin olunmur. Yuxarıdakı göstəricilər üzrə istifadəçi yönümlülük 73% (2013-2014) hesab edilir, bu göstərici 2012-2013-də 70% olmaqla nisbətən aşağı olub.

 

Şəffaflıq

​Şəffaflıq göstəricisi hökumətin, dövlət qurumlarının öhdəlik və fəaliyyətlərinin, xidmət təmini prosesinin  şəffaflığını yoxlayır. Hesabatda göstərilir ki, Avropa Birliyi veb səhifələrinin 51%-i mühüm şəffaflıq xüsusiyyətlərinə  malikdir. Nisbətən aşağı göstərici 41 % xidmət təminatı ilə bağlıdır, administrativ xidmətlər barədə informasiyanın açıqlığı 60%, fərdi məlumatların əldə olunması isə 52% şəffafdır.

 

AB xaricində xidmət çevikliyi

Rəqəmsal Vahid Bazarın reallaşdırılması istiqamətində mühüm komponentlərdən biri olan e-Hökumət xidmətləri hələ də digər ölkələrə köçən vətəndaşlara adekvat yardım göstərməkdən uzaqdır. Avropa sərhədlərindən kənarda təmin edilən e-xidmətlərin istifadəçi yönümlüyü biznes sahələri üçün 58%, vətəndaşlar üçün 43 %-dir. Bu göstərici ötən il biznes sahəsi üçün 53%, vətəndaşlar üçün 38% olub.

Mühüm vasitələr

Bu göstəricilərsosial sahə üçün vacib olan 5 texniki elementi mümkün edir:

  • * Elektron İdentifikasiya;
  • * Elektron sənəd;
  • * Autentifikasiya mənbələri;
  • * Elektron Təhlükəsizlik;
  • * Sistemə vahid giriş.

İctimai xidmətlərin mobil qurğulara uyğunluğu

Bu il ilk dəfə araşdırmalara dövlət qurumlarının veb səhifələrinin mobil qurğulara uyğunluğu daxil edilib. Biznes, məşğulluq və təhsil sahələri üzrə fəaliyyət göstərən veb səhifələrin təxminən 27% -i mobil qurğulara uyğun tərtib olunub. Avropa vətəndaşlarının mobil qurğular vasitəsilə internet üzərindən xidmətlərə müraciəti dövlət qurumları üçün adi praktikaya çevrilməlidir.

Onlayn xidmətlərdən istifadəsi

Rəqəmsal cəmiyyətin inkişafı ilə bəzi üzv dövlətlər xidmət təminatında effektivliyi artırmaq məqsədilə onlayn xidmət kanallarını default standartı üzrə vətəndaşlarla əks əlaqə kanallarına çevirərək "digital by default" yanaşmasına keçir.Bu dövlətlər tədricən alternativ xidmət vasitələrini azaltmaqla yüksək keyfiyyətli elektron xidmətlər təmin edir.

Avropa Şurası Rəqəmsal Vahid Bazar strategiyası çərçivəsində, e-Hökumət üzrə yeni, 2016-2020 Fəaliyyət Planını təqdim edəcək. 2016-2020 Fəaliyyət Planına aşağıdakılar daxildir:

  • * 2017-ci ilə qədər hüquqi şəxslər arasında ümumi qarşılıqlı əlaqə sisteminin yaradılması;
  • * 2016-cı ildə üzv dövlətlərlə birlikdə "Once Only" prinsipi üzrə layihənin istifadəyə verilməsi;
  • * Vətəndaşlar və biznes sahələri üzrə istifadəçi yönümlü informasiya sisteminin  yaradılması məqsədilə "Vahid Rəqəmsal Giriş"intəmini üçün avropa və milli portalların genişləndirilməsi və inteqrasiyası.
  • * "Rəqəmsal Vahid Bazar" üzrə danışıqlarda proqnozlaşdırıldığı kimi Avropa Şurası yeni eHökumət 2016-2020 Fəaliyyət Planı ilə bağlı tərəfdaşların fikirlərinin öyrənilməsi üçün tezliklə ictimai müzakirəyə açıq edəcək. Qeyd edək ki, şuranın köhnə Fəaliyyət Planı 2011-2015-ci illəri əhatə edirdi.