You can return to the old version of the website

Open old version

AzDataCom launches discount campaigns in connection with Novruz holiday

1937
Print the text Copy text t1 t0 t2

AzDataComdan bayrama bayram qatan kampaniya

1 mart tarixindən etibarən AzDataCom xüsusi kampaniyaya başlayır. Belə ki, bu kampaniya müddətində AzDataCom internet xidmətinə müraciət edən vətəndaşlar internetə ödənişsiz qoşulacaqlar. Həmçinin, mart ayı ərzində AzDataComun istifadəçisi olacaq vətəndaşlar növbəti ay yəni aprel ayı ərzində internet haqqı ödəmədən internetdən istifadə edəcəklər. Kampaniya 31 mart tarixinə qədər yəni bir ay davam edəcək.

Qeyd edək ki, AzDataCom internet provayderi olaraq  ölkəmizin bütün şəhər və rayon mərkəzlərini genişzolaqlı internet (ADSL) xidmətləri ilə təmin edir.

AzDataCom-un internet xidmətini "Elektron hökumət" portalı üzərindən də sifariş etmək mümkündür.

Bunun üçün, "www.e-gov.az" ünvanına daxil olmaqla "Qeydiyatsız xidmətlər" bölməsindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri sırasından "AzDataCom internet xidmətinə qoşulma üçün sifariş" elektron xidməti seçilir. Daha sonra, göstərilən xanada telefon nömrənizi yazılır.

Qeyd edilən telefon nömrəsi sistem  tərəfindən araşdırılır, daxil etdiyiniz şəhərdaxili telefon heç bir internet provayderinə qoşulmayıbsa, bu vaxt həmin formanın içində yaşıl rənglə ad və ünvan əks olunur.

Həmin formanın Xidmət növünü seçin sətrindən “AzDataCom” internet provayderi tərəfindən təqdim olunan sürətlərə görə müxtəlif xidmət növlərindən birini seçmək mümkündür. 

Sifariş “AzDataCom” internet provayderi tərəfindən qəbul edildikdən sonra pəncərədə AzDataCom internet xidmətinə qoşulma üçün sifarişiniz qəbul edildi yazısı əks olunacaqdır.

Elektron sifariş tamamlandıqdan sonra AzDataComun əməkdaşları abonentlə əlaqə saxlayaraq yekun mərhələ ilə bağlı prosesləri ətraflı izah edəcəklər.

Kampaniya çərçivəsində xidmət barədə ətraflı məlumat almaq üçün 157 Zəng (Çağrı) Mərkəzinə, AzDataComun-facebook səhifəsinə müraciət etmək olar.