Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən “Elektron imza” kartlarından istifadə edənlərin sayı artıb.
Belə ki, 1 mart 2016-cı il tarixinə olan statistikaya əsasən ümumən 82068 elektron imza sertifikatı istifadəyə verilib. Bu da ötən ayla müqayisədə 5% artım deməkdir. Məlumat üçün bildirək ki, fevral ayının 1-ə qədər istifadəyə verilən elektron imza sertifikatının sayı 78286 təşkil edib.
Elektron imza sertifikatlarının ümumi sayından 51730-i dövlət qurumlarının, 15960-i fiziki şəxslərin, 14378-i isə hüquqi şəxslərin payına düşür.