You can return to the old version of the website

Open old version

Pensiyanızın məbləğini "Elektron hökumət" portalı vasitəsilə hesablayın

188833
Print the text Copy text t1 t0 t2

Hər birimiz çalışırıq ki, iş fəaliyyətimizi həm gündəlik təlabatlarımız, həm də gələcək təminatımız üzərində quraq. Buna görə də, gələcəkdə əldə edəcəyimiz pensiya məbləği daim diqqət mərkəzimizdədir.  Pensiya məbləğini  "Elektron hökumət" portalı www.e-gov.az vasitəsilə öyrənmək üçün sadəcə bir neçə saniyə lazımdır. Portal vasitəsilə istifadəçi sadəcə kompüter və internetin olduğu istənilən məkandan 45 qurumun elektron xidmətlərinə keçid edə bilir.

Belə elektron xidmətlərdən biri "Pensiya kalkulyatoru"-dur.  Xidmətdən yararlanmaq üçün ilk olaraq,

1. www.e-gov.az portalına aşağıda göstərilmiş vasitələr,

  • elektron imza;
  • e-gov identity;
  • asan imza;
  • istifadəçi adı və şifrə ilə daxil oluruq.

2. Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri arasından "Pensiya kalkulyatoru"-nu seçirik.

3.  Növbəti mərhələdə, ekranda əks olunan xanalarda 2006-cı ilə qədər iş stajını il ilə (nümunə üçün 5 il) və 2006-cı ilə qədər iş stajını ay ilə (nümunə üçün 11 ay) qeyd edib "göndərmək" düyməsini seçirik (2006-ci ilə qədər iş təcrübəniz varsa). 

Daxil etdiyiniz məlumatlara uyğun olaraq işlədiyiniz illər üzrə yekun pensiya məbləği təqdim olunur.

Onu da qeyd edək ki, bu elektron xidmət pensiya məbləğini hesablamaqla yanaşı siğorta olunanlara illər üzrə ayrılmış pensiya kapitalına nəzarət etmək imkanı verir.